Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1305/2021 29.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızının etibarnamə üzrə nümayəndəsi X7 və Sadıqova (Osmanova) Solmaz Mustafa qızının etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə Ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızının «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən onlara Şəki rayonu Baş Layısqı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1.49 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq şöbəsi tərəfindən verilmiş kod 40409018, JN:217 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən X5 ilə Ərizəçi1 və X3 ilə Sadıqova (Osmanova) Solmaz Mustafa qızının eyni şəxs olmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kənd sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 1.49 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:217 saylı, kod 40409018 «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın paylarına münasibətdə onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızı ərizələrini onunla əsaslandırmışlar ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ailələrinə, ailə başçısı X8 olmaqla 1.49 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:217 seriyalı, 40409018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmış və təhvil verilmişdir. Onlar JN:217 seriyalı, 40409018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktını iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də JN:217 seriyalı, 40409018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş subyekt siyahısının dördüncü sırasında Sadıqova (Osmanova) Mətanət Mirzə qızının adı “X5” kimi və həmin siyahının ikinci sırasında Sadıqova (Osmanova) Solmaz Mustafa qızının adı “X3” kimi göstərildiyindən onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızının etibarnamə üzrə nümayəndəsi X15 və Sadıqova (Osmanova) Solmaz Mustafa qızının etibarnamə üzrə nümayəndəsi X13 ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiklərini bildirdilər. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Sadıqova (Osmanova) Solmaz Mustafa qızı və Sadıqova (Osmanova) Mətanət Mirzə qızının tələbləri əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Onların ailələrini yaxından tanıyır. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kəndində yerləşən 1.49 ha torpaq sahəsi ərizəçilər və onların ailə üzvlərinin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsinin verilməsinə dair aktda Ərizəçi1 adı “X5” kimi, Ərizəçi2 adı səhvən “X3” kimi göstərilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X2 digər şahid X1 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:217 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kənd sakinləri X8, X3, X13, X5, X15, X9 və X10 1.49 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AA seriyalı, 002617 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1940-cı il tarixdə anadan olmuşdur. İşdə olan 26 dekabr 1968-ci il tarixli, İ-ИЕ seriyalı, 536611 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi2 arasında bağlanmış nikah 26 dekabr 1968-ci il tarixdə 35 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Osmanov, arvada Sadıqova soyadı verilmişdir. İşdə olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 anası Ərizəçi2dır. İşdə olan 07 sentyabr 2010-cu il tarixli, AZ-İ seriyalı, 593184 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Ərizəçi1 arasında bağlanmış nikah 07 sentyabr 2010-cu il tarixdə 1030 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İmranov, arvada Sadıqova soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli, **********48 nömrəli məktubdan görünür ki, JN:217 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kənd sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 1.49 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:217 saylı, kod 40409018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ərizəçilər Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızına paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumunu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kənd sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 1.49 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:217 saylı, kod 40409018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın Sadıqova (Osmanova) Mətanət Mirzə qızı və Sadıqova (Osmanova) Solmaz Mustafa qızına paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1305/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1305/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver