Məhkəmə qərarları › İş №2(075)-1326/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1326/2020

28.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1326/2020 28.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYY ƏN ETDİM : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN:0102 saylı, kod nömrəsi 40404068 olan Torpaq Mülkiyyət Hüququna dair Dövlət aktının birinci sırasında göstərilən X1 ölüm haqqında şəhadətnaməsində göstərilən X2 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakiniddia ərizəsivə ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-cimaddəsirəhbərtutularaqgeriqaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN:0102 saylı, kod nömrəsi 40404068 olan Torpaq Mülkiyyət Hüququna dair Dövlət aktının birinci sırasında göstərilən X1 ölüm haqqında şəhadətnaməsində göstərilən X2 ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etsə də, ərizə tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınma qaydasına əməl edilməmiş və bu barədə ərizəyə sənəd əlavə edilməmişdir. Ona görə də Ərizəçi ərizəsi geri qaytarılmalı, ona qərardada göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar