Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1331/2020 06.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Rayonlararası texnikiinventarizasiya Bürosu tərəfindən Şəki şəhəri, 19-cu rayon Şəki Fəhləsi küçəsində 7889,75 kv.m torpaq sahəsinin istifadəsinə olması barədə 3065/1205 nömrəli torpaq qeydinin X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki şəhəri, 19-cu rayon Şəki Fəhləsi küçəsində 7889,75 kv.m torpaq sahəsinin istifadəsində olması barədə 3065/1205 nömrəli torpaq qeydində səhv olaraq göstərilmiş X4 X13 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, o, xx.xx.1960-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X14 onun babasıdır. Belə ki, X5 Əzizə və Çimnaz olmaqla iki qız övladı olmuşdur. Həmin qızlardan Çimnaz onun anasıdır. Onun mərhum babası X5 mülkiyyətində 7889,75 kv.m torpaq sahəsi olmuş və ona bu barədə 3065/1205 nömrəli torpaq qeydi verilmişdir. O, babasının vərəsəsi kimi ondan miras qalmış əmlaka yiyələnərək hal-hazıradək həmin miras əmlakı idarə edir. O, vərəsəliyin qəbulu ilə bağlı notariata müraciə etmək üçün həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı X48 müraciət etdikdə ona bildirilmişdir ki, müraciəti ilə bağlı tərəflərindən araşdırma aparılan zaman təqdim etdiyi 3065/1235 nömrəli torpaq qeydində göstərilən hüquq sahibinin soyadı səhv qeyd edilmişdir. 3065/1205 nömrəli torpaq qeydində babası X5 adı və soyadı texniki səhv olaraq yanlışlıqla “Mustafayev İspəndiya" əvəzinə “Şahquliyev İsfəndiyar” kimi qeyd edilmişdir. Babası X13 1951-ci il tarixdə, qızı yəni onun anası X10 isə 1967-ci il tarixdə vəfat etmişdir. Hazırda o, babasının vərəsəliyini qəbul etmək istəsə də yuxarıda qeyd edilən torpaq qeydində babasının soyadı səhv yazıldığından bunu edə bilmir. Bu işin isə məhkəmədən kənar həlli qaydası yoxdur. Bu səbəbdən də ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Ərizəçi bacısıdır. Başqa qardaş bacıları yoxdur. X13 onların babalarıdır, lakin 3065/1205 nömrəli “Torpaq Qeydi”ndə səhv olaraq X2 qeyd edilmişdir. X6 Əzizə və Çimnaz adlı qızları olmuşdur. Onlar Çimnazın uşaqlarıdırlar. Xalaları Əzizə isə ailə qurmamışdır və xx.xx.1962-ci il tarixdə vəfat etmişdir. Bundan başqa onların Vüqar və Murad adlı ögey qardaşları var, lakin onların anası başqa qadındır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində ərizəçinin yaxın qonşusu olduğunu bildirərək, digər şahid X15 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayev Adışirin Adıgözəl oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi qudasıdır. Sünbülü babasının adını bilmir. Sünbülün anasının adı Çimnaz, atasının adı Voraşildır. Həmçinin ərizəçinin Əfsanə adlı bacısı və anadan 2 ögey qardaşları var. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 3065/1205 nömrəli “Torpaq Qeydi”nin təsdiq edilmiş surətindən görünür ki, X4 mülkiyyətinə Şəki şəhəri, 19-cu rayon Şəki Fəhləsi küçəsində 7889,75 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan İ-ИЕ 290328 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 ilə X9 arasında xx xxx 1961-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Mikayılova soyadı verilmişdir. İşdə olan İİ-ИЕ 159730 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 atası X22, anası isə X7r. İşdə olan İİ-ЖГ 279621 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X37 ilə X18 arasında xx xxxxxx 1982-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 334 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Salamova soyadı verilmişdir. İşdə olan 05/Q-393/70 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1951-ci il tarixdə Vərəmli peritonit səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan 05/Q-392/70 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X29 xx.xx.1960-cı il tarixdə Uterin xərçəngi səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 059769 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1967-ci il tarixdə Ürək-damar çatışmazlığı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan 05/Q-443/70 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X23 xx.xx.1996-cı il tarixdə Ürək-qan çatışmazlığı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 047289 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 xx.xx.2019-cu il tarixdə Kəskin ürək çatışmazlığı səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, 3/806 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X3 şəhəri Bağbanlar (keçmiş Jmerinka) küçəsi, 2/4 saylı evdə yaşamış, xx.xx.1951-ci il tarixdə vəfat etmiş və onun Ərizəçi və X36 sağ olan vərəsələri vardır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, 522 nömrəli arxiv arayışından görünür ki, Nuxa VVAQ Şöbəsinin 1943-cü ilin “Doğulanların qeydiyyat” kitabına əsasən xx xxxx 1943-cü il 222 nömrəli doğulma haqqında aktın yazılmasında Mustafayeva Çimnaz xx xxxx 1943-cü ildə anadan olması qeyd edilmişdir. Ata: X19, ana: X17r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 3065/1205 nömrəli “Torpaq Qeydi”nə əsasən X4 mülkiyyətinə Şəki şəhəri, 19-cu rayon Şəki Fəhləsi küçəsində 7889,75 kv.m torpaq sahəsi verilmişdir.X4 Əzizə və Çimnaz adında iki övladı olmuş, Əzizə adlı uşağı xx.xx.1962-ci ildə vəfat etmişdir. Digər qızı Çimnaz Mustafayeva isə X22 ilə xx xxx 1961-ci il tarixdə evlənmiş və həmin nikahdan Sünbül və Əfsanə adında iki qızları olmuşdur. Göründüyü kimi X1 Salamovanın ana tərəfdən ulu babasıdır. Həmçinin müəyyən olundu ki, 3065/1205 nömrəli “Torpaq Qeydi”də xx.xx.1951-ci il tarixdə Şəki şəhərində vəfat etmiş X6 adı səhvən X2 yazılmışdır. Əslində isə 3065/1205 nömrəli “Torpaq Qeydi”də adı X2 yazılmış şəxs xx.xx.1951-ci il tarixdə Şəki şəhərində vəfat etmiş X13 ilə eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki şəhəri, 19cu rayon Şəki Fəhləsi küçəsində 7889,75 kv.m torpaq sahəsi olan 3065/1205 nömrəli torpaq qeydində qeyd edilmiş X4 X13 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki şəhəri, 19-cu rayon Şəki Fəhləsi küçəsində sahəsi 7889,75 kv.m olan 3065/1205 nömrəli torpaq qeydində soyadı, adı və ata adı X2 qeyd edilmiş şəxsin xx.xx.1951-ci il tarixdə Şəki şəhərində ölmüş X13 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1331/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1331/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver