Məhkəmə qərarları › İş №2(075)-1332/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1332/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1332/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 387 manat ödənilməmiş hissə, 38 manat dəbbə, 29 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 357 manat ödənilməmiş hissə, 35 manat dəbbə olmaqla, cəmi 817 manat borc və 30 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 17 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi 18 iyun 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçının iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə təqdim etməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı «xxxx» MMC-yə izah edilməlidir ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikasının MPM-nin 149, 151, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı «xxxx» MMC-yə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar