Məhkəmə qərarları › İş №2(075)-1341/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1341/2020

28.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1341/2020 28.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 əsasında yazılmış 462.34 manat borcun hesabından silinməsi və sayğac quraşdırıldıqdan sonra ödədiyi 70 manatdan tutulmuş 50 manatın onun kart hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabında qeydə alınmış 695.2 (altı yüz doxsan beş manat iyirmi qəpik) manat borcun mərhum atası X3 hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evi atasına məxsusdur. Atası vəfat etmişdir və o, atasının vərəsəsidir. İşlətdikləri enerjiyə görə həmişə vaxtı-vaxtında ödəniş etmişdir. xx xxxx 2018ci il tarixdə cavabdehin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış keçirilərkən məlum olmuşdur ki, guya ona məxsus elektrik sayğacının kənardan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Bu səbəbdən ona 695.20 manat dəyərində cərimə yazılmış və bu barədə akt tərtib edilmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir borcu olmadığı halda borcunun olduğunu bildirərək, evinə gələn elektrik enerjisini şəbəkədən ayırmağa çalışmışlar. Ancaq onların qeyd etdikləri borcun haradan və necə yaranması nə ona, nə də ki, özlərinə məlumdur. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərini pozmuşlar. Bununla da istehlakçı kimi onlara nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Həmin akt tərtib edilərkən tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından istifadə etmişlər. Bundan başqa həmin aktı məişət abonenti kimi o, imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, abunə kodu onun atası X3 adınadır. Atası xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. Mirası faktiki olaraq qəbul etməklə həmin ünvandakı evdə ailəsi ilə birlikdə yaşayır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin «xxxxxxxx» ASC xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Şorsu kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında X3 adına **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən iddia qaldırmaq hüququ X4 aiddir. xx xxxx 2018-ci il tarixdə «xxxxxxxx» ASC-nin əməkdaşları İ.Bağırov və S.Xəlilov tərəfindən Şəki rayonu Şorsu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmiş və istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 saylı akt tərtib olunmuşdur. xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 saylı akta əsasən Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 6 ay üçün 0.xx xxxxxxx 6320 kvts, dəyəri 695.2 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. «xxxxxxxx» ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Əlavə olaraq göstərdi ki, abunə kodu iddiaçının mərhum anası X3 adınadır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına olan xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 nömrəli aktdan görünür ki, X4 məxsus olan elektrik sayğacından istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etdiyi aşkar edilmişdir. İş materiallarına olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli icra əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 6 ay üçün 0.xx xxxxxxx 6320 kvts, dəyəri 695.2 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Kənar xətt ləğv edilmişdir. İş materiallarına olan Vİ-ЖГ seriyalı, 340315 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü İddiaçı atası X5r. İş materiallarına olan AZ-İ seriyalı, 382207 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Göründüyü kimi, Qaydaların 8.32-ci bəndində göstərilən pozuntulara görə mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış evinin daxilində quraşdırılmayan məişət abonentinin məsuliyyəti istisna edilmişdir. Çünki «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış elektrik enerjisi borcunun sayğacın nasaz olması ucbatından yaranması iddiaçının məhkəmə iclasında verdikləri izahat və iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, sayğacın nasaz olmasının İddiaçı vəziyyətini daha da ağırlaşdıraraq ona əlavə elektrik enerjisi borcunun yazılmasına səbəb olmuşdur. Məhkəmə «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.11-ci bəndini və yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan X3 elektrik sayğacında yaranmış problemin onun təqsiri ucbatından yaranması ilə bağlı cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsinin etiraz ərizəsində qeyd etdikləri əsaslı deyil. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu Şorsu kəndində yerləşən mənzildə elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, həmin ünvanda quraşdırılmış sayğacdan istehlakçının sayğacdan kənar xətt vasitəsilə elektrik sayğacından istifadə etməsi ilə əlaqədar “Elektrik enerjisindən istifadə qaydalarının” pozulması əsas götürülərək Akt R seriyalı, 107390 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin, istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə elektrik enerjisindən istifadə etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa Akt R seriyalı, 107390 nömrəli aktın tərtibində nəinki istehlakçının, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı atası X2 qalma Şəki rayonu Şorsu kəndində yerlşən miras əmlakı qəbul etmiş və hal-hazırda həmin miras əmlakda yaşayır. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacda qüsurun bərpa edilməsi günündə **********00146 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan X3 xx xxxx 2018-ci il tarixə 6320 kvts enerji istehlak etmiş və onun 695.2 manat borcu olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına yazılmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 nömrəli akt əsasında İddiaçı 695.2 manat borcun hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan İddiaçı xx xxxx 2018-ci il tarixə 695.2 manat borcunun olmasının qeyd edilməsi və iddiaçının bunun əksini sübut edəcək lazımi sənədləri iş materiallarına əlavə etməməsi, məhkəmə iclasında da təqdim etməməsi nəzərə alınaraq iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabında qeydə alınmış 695.2 manat borc əsassız hesab edilərək X3 hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair xx xxxx 2018-ci il tarixli, Akt R seriyalı, 107390 nömrəli akt əsasında **********00146 saylı abonent kod hesabında qeydə alınmış 695.2 (altı yüz doxsan beş manat iyirmi qəpik) manat borc X3 hesabından silinsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar