Məhkəmə qərarları › İş №2(075)-1344/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1344/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1344/2021 17.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızının hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) adının düzgün olmaması, yəni 27 aprel 1996-cı il tarixdə qeyd edilmiş 69 nömrəli doğum haqqında akt qeydində adının “Sayat” əvəzinə səhvən “Şəriyə” kimi yazılması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızı onun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) adının düzgün olmaması, yəni 27 aprel 1996-cı il tarixdə qeyd edilmiş 69 nömrəli doğum haqqında akt qeydində adının “Sayat” əvəzinə səhvən “Şəriyə” kimi yazılması hüquqi faktının müəyyən edilməsini xahiş etsə də, ərizə ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızı tərəfindən imzalanmamışdır. Ona görə də ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızının ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi Həsənova (Mustafayeva) Sayat Seyfəli qızının hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar