Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1364/2020 15.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış 1251,20 manat borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1251,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Şəki şəhəri, M.Hacıyev küçəsi, ev, 2 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bildirdi ki, həmin ev atasına məxsusdur. Qeyd olunan evə dair qaz sayğacı isə anası Zinyət Səmədovanın adınadır. Göstərmişdir ki, həm atası həm də anası vəfat etmiş, o və ailəsi qeyd edilən evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul edərək onu idarə edirlər. Yaşadığı evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən ona məxsus evə verilən qaz təchizatının hesablanması ilə bağlı quraşdırılmış sayğaclar 4 dəfə dəyişdirilmişdir. Bir neçə il əvvəl onun istifadəsində olan mexaniki sayğac əvəzlənərək smart tipli sayğac qoyulmuş, həmin sayğac bir müddət işlədikdən sonra xx xxxx 2019-cu il tarixdə yeni smart tipli sayğacla əvəzlənmişdir. Həmin vaxt onlara bildirmişlər ki, sayğac mənfiyə getmişdir. Bundan sonra isə, yəni xx xxxx 2020-ci il tarixdə yenidən onların istifadələrində olan sayğac yenisi ilə əvəz edilərək onlara yenidən mexaniki qaz sayğacı qoymuşlar və həmin vaxt xx xxxx 2020-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib etmişlər. Təxminən 20 gün sonra ona sərf etdiyi qazın pulunu ödəyərkən məlum olmuşdur ki, onun hesabına əsassız olaraq 1251.20 manat borc yazılmışdır. O, bunun səbəbini aydınlaşdırmaq üçün qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, bu onun istehlak etdiyi qaz sərfıyyatıdır. Lakin onun o qədər qaz sərfıyyatının olması mümkün deyil. Belə ki, onun istifadəsində smart tipli sayğac olmuşdur. Smart tipli sayğacda da sərfiyyatın bu qədər olması mümkün deyil. Belə ki, bilindiyi kimi smart tipli sayğacda məbləği karta yükləyəndən sonra kartı sayğacda oxutduqdan sonra qaz sərf etmək olur. Beləliklə göründüyü kimi Cavabdeh İB tərəfindən 1251.20 manat əsassız sərfiyyat hesablanmışdır. Hesab edir ki, hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də həmin əsassız hesablanmış məbləğ silinməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabeh "Cavabdeh” İB-nin nümayəndəsi X3 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləği **********10000 saylı qaz hesabında qeydə alınmış və həmin qaz hesabı Zinyət Səmədovanın adına rəsmiləşdirilmiş və eyni zamanda AGİS abonent bazasında qeydiyyat ünvanı ünvan 3-dır. Ona görə də hazırkı iddiaçı Şəki şəhəri M.Hacıyev küçəsi 2-də yaşayan İddiaçı cavabdehə qarşı Zinyət Səmədovanın qaz hesabında yaranmış borcun silinməsinə dair iddia irəli sürməsinə subyektiv hüququnun olub-olmaması məsələsinə baxılmalıdır. Digər tərəfdən Zinyət Səmədovanın hesabında qeydə alınmış borc məbləği akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Belə ki, Zinyət Səmədovanın yaşadığı ünvanda borcun yaranmasına səbəb olan iki dəfə smart kart tipli sayğac quraşdırılmış və hər iki sayğac klapan bağlanmadığından (mənfiyə getməsi) dəyişdirilmişdir. Yəni sayğacın elektron və mexaniki göstəriciləri istifadə olunmuş qazın həcmini qeyd etsə də, smart karta bağlı klapan həmin kartda olan ödəniş bitsə belə bağlanmadığından istehlakçı daimi ödəniş etmədiyindən qazdan istifadə etmişdir. Başqa sözlə əvvəlcədən ödəniş edilmədən qazdan istifadə edilmiş, bununla belə sayğac sərfi qeydə almışdır. Əlavə edilmiş sayğac çıxarılma aktlarında da dəyəri ödənilməyən qazın dəyəri (mənfiyə gedən qaz) qeyd edilmişdir. İddiaçının mübahisələndiridiyi 1251.20 manat borc məbləği xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövürdə 3 il ərzində yaranmışdır. İstehlakçının sonuncu ödənişi məhz xx.xx.2017-ci il tarixdə olmuşdur. Belə ki, istifadə edilmiş təbii qazın dəyərinin ödənilməməsi səbəbli xx.xx.2015-ci il tarixdə smart kart tipli qaz sayğacı quraşdırılmış və sayğac xx.xx.2019-cu il tarixədək istismarda olduğu müddət ərzində 698.80 manat həcmində qazdan dəyəri ödənilmədən istifadə edilmişdir. İkinci smart kart tipli sayğac isə xx.xx.2019-cu il tarixdə quraşdırılmış və sayğac xx.xx.2020-ci il tarixədək istismarda olduğu müddət ərzində 552.40 manat həcmində qazdan dəyəri ödənilmədən istifadə edilmişdir. Qeyd etmişdir ki, "Qazdan istifadə qaydaları"nın 5.2-ci bəndinə əsasən, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona görə də sayğaca smart kart və onun idarə edilməsi istehlakçıya məxsus olduğundan onun idarə edilməsi birbaşa istehlakçının üzərinə düşür. İstehlakçıya 3 il ərzində ödəniş etmədən qazdan istifadə etməsi sübhəsiz ona məlum idi və smart sayğac klapan bağlanmadığından bu müddət ərzində ödəniş etmədən qazdan istifadə edilmişdir və dəyəri onun tərəfindən ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və İddiaçı cavabdeh "Cavabdeh" İB-yə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək "əsassız hesablanmış 1251.20 manat borcun silinməsi barədə" iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəcavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Səmədova Zinyətin yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı 1402A**********718 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “İtron” G4 markalı **********9 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Səmədova Zinyətin yaşadığı ünvanda istismarda olmuş “İtron” G4 markalı **********9 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Nadik” G4 markalı 40035056 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı atası X5, anası X2r. İşdə olan 6166 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ev X4 adına qeydə alınmışdır. İşdə olan “Nöyülbulaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 511 nömrəli arayışdan görünür ki, “Nöyülbulaq” məhəlləsi M.Hacıyev küçəsi, 2 saylı evdə yaşayan İddiaçı Abduləzər oğlu həqiqətən mərhumə X2r. Göründüyü kimi İddiaçı Abduləzər oğlu atasıX8 oğluna aid olan texniki pasportla təsdiq edilən evdə yaşayır. Həmin evə quraşdırılmış qaz sayğacı isə onun anasıX1 adınadır. Məhkəmə hesab edir ki, İddiaçı Abduləzər oğlu hal-hazırda qeyd edilən mənzildə yaşadığından məhkəmədə iddia qaldıra bilmək hüququna malikdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "Cavabdeh” İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********10000 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan ünvan 3 ünvanında yaşayan İddiaçı mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının qaz hesabında 1257,30 manat borc vardır. Mülki iş materiallarını araşdırıb iddiaçının izahatını dinləyib, qarşılıqlı iddia ərizəsini, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh İB tərəfindən ona hesablanmış 1251,20 manatın silinməsini xahiş etsə də, həmin borc məbləğinin hər hansı akt əsasında hesablanması barədə sübutunu məhkəməyə təqdim etməmiş və ya edə bilməmişdir. Əksinə cavabdeh etiraz ərizəsində göstərmişdir ki, Zinyət Səmədovanın hesabında qeydə alınmış borc məbləği akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Yəni iddiaçı Cavabdeh İB tərəfindən ona AKT əsasında 1251,20 manat pul hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçı mərhum anası X1yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əsassız hesablanmış 1251,20 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddiaçı əsassız hesablanmış 1251,20 manat borcun onun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1364/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1364/2020
15.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver