Məhkəmə qərarları › İş №2(075)-1366/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1366/2020

19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1366/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Şabalıd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3999 kv.m pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin paylarına münasibətdə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə ailələrinə, ailə başçısı X8 olmaqla 3999 kv.m pay torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış, təhvil verilmişdir. Onlar həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də sözügedən sənədlərdə qeyd edilmiş subyekt siyahısında Ərizəçi2 adı “X1” kimi və Ərizəçi1 adı “X9” kimi göstərildiyindən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X10 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Belə ki, X12 Məmmədova ilə ailə qurmuş, birgə nikahdan Vüqar və Xəyal adlı uşaqları anadan olmuşdur. Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Şabalıd kəndində yerləşən 3999 kv.m pay torpaq sahəsi ərizəçilər və onların ailə üzvlərinin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsinin verilməsinə dair aktda Ərizəçi2 adı “X1” kimi, Ərizəçi1 adı səhvən “X9” kimi göstərilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, mülkiyyət sənədi ailə başçısı kimi onun adına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə həyat yoldaşının adı “Xanbiçə” əvəzinə “Xanım” kimi, oğlu Vüqarın soyadı “Səlimzadə” əvəzinə “Səlimov” kimi göstərilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Şabalıd kənd sakinlərinə ailə başçısı X8 olmaqla 3999 kv.m pay torpaq sahəsi verilmişdir. İşdə olan AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi2 atası X2, anası isə X4r. İşdə olan XİV-ЖГ seriyalı, 454427 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1992-ci il təvəllüdlü Ərizəçi1 atası X8, anası isə Ərizəçi2dır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********24 nömrəli məktubdan görünür ki, A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Şabalıd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3999 kv.m pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumunu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu X3 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu Baş Şabalıd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3999 kv.m pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-460001 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar