Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1367/2020 03.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X6 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən DTXK-nın Şəki şəhər şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixdə verilmiş JN-153A, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilmısinə dair şəhadətnamənin payına münasibətdə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayon X6 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə ona və ailə üzvlərinə Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin sahəyə uyğun olaraq sənədlər müvafiq təşkilat tərəfindən hazırlanaraq onlara təqdim edilmişdir. Belə ki, Şəki rayon X6 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş 0.10 ha torpaq sahəsinə JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“ işlənmişdir. O, sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ƏMDK yanında DƏDRX-in 12 saylı X10 müraciət etsə də, yazılı olaraq ona bildirilmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evini 0.10 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəyə baxılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibinin soyadının səhv qeyd olunduğu və bu səhvə qanunsuz düzəliş edildiyi məlum olmuşdur. Belə ki, sözügedən şəhadətnamədə o, Ərizəçi əvəzinə səhvən Ərizəçi İsmayıl oğlu kimi qeyd edilmişdir. Halbuki, İsmayıl onun ana tərəfədən babasıdır. Yəni anasının atasıdır. Onun atası isə Hacıməmməddir. " Ona görə də JN- 153A, KOD 40406018 nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə”də qeyd olunmaqla səhv düşən İsmayıl ata adının Hacıməmməd olması və JN-153A, KOD 40406018 nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə”nın payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-153A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxx 2002ci il tarixli, 05 saylı qərarına əsasən X4, X5, Ərizəçi İsmayıl oğlu, X2 0,10 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İşdə olan AЗ-İİİ 309804 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X5 arasında xx xxxx 1974-cü il tarixdə bağlanmış nikah 10 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Vİİ-ЖГ 373879 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1982-ci il təvəllüdlü Ərizəçi atası X4, anası isə X3r. İşdə olan Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-153A qeyd olunan Ərizəçi İsmayıl oğlu əslində Ərizəçi ilə eyni şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“yə əsasən Şəki rayonu X6 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə X4, X5, Ərizəçi İsmayıl oğlu, X1 mülkiyyətinə Şəki rayonu Baş Göynük kəndində 0,10 hektar torpaq sahəsi verilmişdir.Həmçinin müəyyən olundu ki, JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də Ərizəçi ata adı səhvən İsmayıl kimi yazılmışdır. Əslində isə JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də adı Ərizəçi İsmayıl oğlu kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin şəhadətnamə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X6 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ata adı səhv olaraq qeyd edilmiş Ərizəçi İsmayıl oğlunun Ərizəçi ilə eyni şəxs olması və JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X6 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ata adı səhv olaraq qeyd edilmiş Ərizəçi İsmayıl oğlunun Ərizəçi ilə eyni şəxs olması və JN-153A, KOD 40406018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1367/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1367/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver