Məhkəmə qərarları › İş №2(075)-137/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-137/2025

19.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-137/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X6 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 may 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 23 may 2003-cü il təvəllüdlü X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, o, xx xxx 1972-ci il tarixdə Şəki rayonu Aydınbulaq kəndində anadan olmuşdur. 29 aprel 1993-cü il tarixdə Şəki rayonu Əliyar kənd sakini X8 ilə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahdan 23 may 2003cü il tarixdə X5 adında oğlan övladı anadan olmuşdur. X1 əlil doğulmuşdur və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu vaxtdan ona zəruri qulluq göstərmişdir. Şəki rayonu ƏƏSMN tərəfindən 11 noyabr 2005-ci il tarixdə verilmiş 285797 nömrəli vəsiqədən də göründüyü kimi X5 16 yaşınadək uşaqlıqdan əlil müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2024-cü il tarixli müayinənin nəticələrinə dair arayışdan görünür ki, X4 müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlillik dərəcəsi təyin edilmiş və serebral iflic, hərəki funksiyaların kobud pozğunluğu, cekson tipli qıcolma tutmaları, dərin, spastik tetraparezi, əqli gerilik diaqnozu ilə əmək qabiliyyətsiz müəyyən olunmuşdur. Bu səbəbdən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək 23 may 2003-cü il təvəllüdlü X1nun üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınını 12 avqust 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X1nun üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətə baxılmışdır. xx.xx.2003-cü il təvəllüdlü X1nun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X5 onun oğludur. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. X5 xəstə olduğundan ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3338 saylı rəyindən görünür ki, 23 may 2003-cü il təvəllüdlü X3 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Buna görə də X5 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 23 may 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 İ dərəcə əlildir və başqasının qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Göründüyü kimi X3 uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23 may 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 23 may 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar