Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1384/2020 15.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış 217,80 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassıs hesablanmış 217,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh İB ona qarşı «borc» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ondan təbii qazdan istifadəyə görə yaranmış 217.80 manat əsas borcun, əvvəlcədən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 238.20 manat borcun (pulun) tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılması xahiş etmişdir. Sözügedən mülki işə Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə baxılmış və xx xxxxxx 2020-ci il tarixdə ondan təbii qazdan istifadəyə görə yaranmış 217.80 manat əsas borc, əvvəlcədən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 238.20 manat məbləğində borcun (pulun) tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. O, həmin qətnamədən narazı qaldığından apelyasiya şikayəti vermişdir. Bundan sonra sözügedən mülki iş Şəki Apelyasiya Məhkəməsinə göndərilmiş və hazırda Şəki Apelyasiya Məhkəməsinin hakimi Rövşən rəfiyevin icraatındadır. Göstərmişdir ki, qeyd olunan iş Apelyasiya məhkəməsinin icraatında olmasına baxmayaraq, eyni tərəf arasında, eyni predmet barəsində və eyni əsaslarla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı işin baxılmamış saxlanılmasına etiraz etmir. Cavabdeh "Cavabdeh” İBməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "Cavabdeh” İB-nin nümayəndəsi X1 xx xxxxxxx 2020-ci il tarixdə elektron qaydada məhkəməyə göndərdiyi etiraz ərizəsində işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməməsi xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırdıqdan sonra belə qənaətə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanılır. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-1072/2020 saylı qətnaməsindən və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-1904/2020 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı «borc» tələbinə dair mülki iş üzrə iddianın təmin edilərək İddiaçıdan təbii qazdan istifadəyə görə yaranmış 217.80 manat əsas borc, əvvəlcədən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 238.20 manat məbləğində borc (pul) tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmış və həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verilmişdir. Hazırda həmin mülki iş Şəki Apellyasiya Məhkəməsinin hakimi Rövşən Rəfiyevin icraatındadır və işin baxılması xx xxxxxx 2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 1072/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdır. Məhkəmə bu halı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin digər məhkəmənin icraatında olması kimi qiymətləndirir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməlidır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.4, 257, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış 217,80 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması İddiaçı izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1384/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1384/2020
15.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver