Məhkəmə qərarları › İş №2(075)-1390/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1390/2020

07.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1390/2020 07.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi olmaqla, digər ərizəçilər Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 etibarnamə üzrə nümayəndələri Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Suçma kənd sakinlərinə 0.15 ha torpaq sahəsinin verilməsi barədə JN:294A nömrəli (kod 40416018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin paylarına münasibətdə onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə ailələrinə, ailə başçısı Ərizəçi1 olmaqla 0.15 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:294A nömrəli (kod 40416018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» hazırlanmış, təhvil verilmişdir. Onlar həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də sözügedən sənədlərdə qeyd edilmiş subyekt siyahısının birinci sırasında Ərizəçi1 adı “Ərizəçi1 Namizət oğlu” kimi, həmin siyahının ikinci sırasında Ərizəçi2 adı “Ərizəçi2 Qabil qızı” kimi, həmin siyahının üçüncü sırasında Ərizəçi4 adı “X14” və həmin siyahının dördüncü sırasında İsmayılzadə (Eminli) Türkay Xalid qızının adı “X11” kimi göstərildiyindən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçi olmaqla, digər ərizəçilər Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 etibarnamə üzrə nümayəndələri Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçilərin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, ərizəçilər onun həmkəndliləridirlər. Belə ki, əmisi Ərizəçi1 Ərizəçi2 ilə ailə qurmuş, birgə nikahdan Türkay və Nihad adlı uşaqları anadan olmuşdur. Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Suçma kəndində yerləşən 0.15 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsinin verilməsinə dair aktda Ərizəçi1 adı “Ərizəçi1 Namizət oğlu” kimi, Ərizəçi2 adı “Ərizəçi2 Qabil qızı” kimi, Ərizəçi4 adı “X14” və İsmayılzadə (Eminli) Türkay Xalid qızının adı “X11” kimi göstərilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X1 digər şahid X3 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:294A nömrəli (kod 40416018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Suçma kənd sakinləri Ərizəçi1 Namizət oğlu, Ərizəçi2 Qabil qızı, X14 və X6 0.15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ seriyalı, 362399 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan AZ seriyalı, 474114 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxx 1974-cü il tarixdə anadan olmuşdur. İşdə olan Vİ-ЖГ seriyalı, 274693 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə X2 arasında xx xxx 1992-ci il tarixdə bağlanmış nikah 15 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Eminov, arvada Eminova soyadı verilmişdir. İşdə olan XİV-ЖГ seriyalı, 474482 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü Ərizəçi4 atası Ərizəçi1, anası isə Ərizəçi2dır. İşdə olan XVİİİ-ЖГ seriyalı, 407951 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1993-cü il təvəllüdlü X7 atası Ərizəçi1, anası isə Ərizəçi2dır. İşdə olan AZ-İİ seriyalı, 193133 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X13 arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah 876 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İsmayılzadə, arvada İsmayılzadə soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X20 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********96 nömrəli məktubdan görünür ki, JN:294A nömrəli (kod 40416018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Suçma kənd sakinlərinə 0.15 ha torpaq sahəsinin verilməsi barədə «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumunu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Suçma kənd sakinlərinə 0.15 ha torpaq sahəsinin verilməsi barədə JN:294A nömrəli (kod 40416018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin Ərizəçi1, Ərizəçi2, İsmayılzadə (Eminli) Türkay Xalid qızı və Ərizəçi4 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar