Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1395/2020 20.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN:0067 saylı, kod 40412028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən Ərizəçi1 Təvəggül oğlu ilə Ərizəçi1 və X7 ilə Ərizəçi2 eyni şəxs olmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kənd sakinlərinə 12.86 ha torpaq sahəsinin verilməsi barədə JN:0067 nömrəli (kod 40412028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın paylarına münasibətdə onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Şəki rayon X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə ailələrinə, ailə başçısı Ərizəçi1 olmaqla 12.86 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:0067 seriyalı, 40412028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmış və təhvil verilmişdir. Onlar JN:0067 seriyalı, 40412028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktını iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də JN:0067 seriyalı, 40412028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd edilmiş subyekt siyahısının birinci sırasında Ərizəçi1 adı “Ərizəçi1 Təvəkkül oğlu” kimi və həmin siyahının altıncı sırasında Ərizəçi2 adı “X7” kimi göstərildiyindən məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiklərini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X9 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Əhmədov Zöhrab Nurəli oğlu göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Onların ailələrini yaxından tanıyır. Şəki rayonu X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kəndində yerləşən 12.86 ha torpaq sahəsi ərizəçilər və onların ailə üzvlərinin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsinin verilməsinə dair aktda Ərizəçi1 adı “Ərizəçi1 Təvəkkül oğlu” kimi, Ərizəçi2 adı səhvən “X7” kimi göstərilmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Ustakişiyev Samir Rövşən oğlu digər şahid Əhmədov Zöhrab Nurəli oğlunun izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:0067 nömrəli (kod 40412028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kənd sakinləri Ərizəçi1 Təvəkkül oğlu, Babayeva Bənövşə Xalıqverdi qızı, X8, X3, X4, X5 və X6 12.86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1972-ci il tarixli, İ-ЖГ seriyalı, 346788 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1955-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx xxxxxx 1988-ci il tarixli, XİV-ЖГ seriyalı, 387617 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1988-ci il təvəllüdlü X1 atası Ərizəçi1, anası isə Babayeva Bənövşə Xalıqverdi qızıdır. İşdə olan AZ-İ seriyalı, 367712 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cəfərov Rövşən Fariz oğlu ilə Ərizəçi2 arasında bağlanmış nikaha xx xxxxxxxx 2020-ci il tarixdə xitam verilmişdir. Ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********22 nömrəli məktubdan görünür ki, JN:0067 nömrəli (kod 40412028) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kənd sakinlərinə 12.86 ha torpaq sahəsinin verilməsi barədə JN:0067 nömrəli (kod 40412028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumunu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu X2 xx xxxxxx 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kənd sakinlərinə 12.86 ha torpaq sahəsinin verilməsi barədə JN:0067 nömrəli (kod 40412028) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1395/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1395/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver