Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-142/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 7119,82 kvadrat metr və 25100,2 kvadrat metr pay torpaq sahələri ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-050215 və A-050323 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin payına münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərmişdir ki, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən onlara, 7 nəfər ailə üzvü olmaqla birlikdə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 7119,82 kvadrat metr və 25100,2 kvadrat metr pay torpaq sahələri ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-050215 və A-050323 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı X27 müraciət edərək, onlara verilmiş 7119,82 kvadrat metr və 25100,2 kvadrat metr pay torpaq sahələrinin dövlət reyestrində adlarına qeydiyyata alınmasını xahiş etmişlər. Lakin, Şəki rayonu X7 dövründə tərtib olunmuş siyahıda əsasən onun atasının adının İbrahim əvəzinə Eldar kimi səhv olduğu qeyd edilərək tələblərindən imtina edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı X30 tərəfindən onlara hər hansı bir şəkildə təsdiq edilməmiş və rəsmi sənəd hesab edilməsi mümkün olmayan adları yazıldığı A4 formatında çıxarılmış ağ kağız təqdim edilmişdir. Həmin kağızda hüquq sahibləri kimi atasının adının İbrahim əvəzinə Eldar kimi yazıldığı müəyyən edilir. Halbuki, onların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı X27 təqdim etdikləri sənədlərlə qeyd edilən torpaq sahəsinin onlara məxsus olduğu öz təsdiqini tapır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A- 050215 və A-050323 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən və ona əlavə edilmiş ailə üzvlərina aid siyahıdan görünür ki, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən 7119,82 kvadrat metr, xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən 25100,2 kvadrat metr torpaq sahəsi X19 və onun ailə üzvləri X8, X18, Ərizəçi Eldar qızı, X2, X10 və X3 Şəki rayonu, Əliyar kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. İşdə olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü X1 atası X11, anası isə X6r. İşdə olan V-JQ 311675 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 ilə X4 arasında xx xxxxxx 1989-cu il tarixdə bağlanmış nikah 101 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Baxışova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3053 nömrəli arayışdan görünür ki, Aqrar İslahat zamanı Şəki rayonu, Baş Göynük kənd sakini X12 ailə tərkibi aşağıdaki kimi olmuşdur: X19, X9, X18, Ərizəçi, X5, X13 və X14. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən 7119,82 kvadrat metr, xx xxxx 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən 25100,2 kvadrat metr torpaq sahəsi X19 və onun ailə üzvləri X8, X18, Ərizəçi Eldar qızı, X2, X10 və X3 Şəki rayonu, Əliyar kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. Həmçinin müəyyən olundu ki, A-050215 və A- 050323 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində Ərizəçi atasının adı səhvən Eldar kimi yazılmışdır. Əslində isə , A-050215 və A-050323 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində adı Ərizəçi Eldar qızı kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin şəhadətnamə payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı əsasında 7119,82 və 25100,2 kvadrat metr torpaq sahələri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A- 050215 və A-050323 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı əsasında 7119,82 və 25100,2 kvadrat metr torpaq sahələri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A-050215 və A-050323 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-142/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-142/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver