Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1425/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, əsassız hesablanmış 540 manat borcun silinməsibarədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Mülkiyyətində olan evdə qazdan istifadə edildiyinə görə küçədə "Cavabdeh” İstehsalat Birliyi tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. xx xxxxx 2019-cu il tarixdə o və ailə üzvləri evdə olmayan zaman onun istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxx 2019-cu il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, "Cavabdeh" İB tərəfindən 540 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün "Cavabdeh” İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirmişlər ki, istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ "Cavabdeh” İB-nin xx.xx.2019-cu il tarixli MSK 29/1710-01440-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı gövdədən aralandığı, sayğacın hesab mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmadığı, daxili qulaqcıqlarda əzik cızıq izləri olduğuna görə xx.xx.2020-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 10.2020-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli qərarla G-4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 5400 kub m. qaz sərfiyyat hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01440-2 №-li Aktına əsasən G-4 markalı ******* №-li sayğacın daxili qulaqcıqlarında əzik cızıq izləri var. Göründüyü kimi, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli Aktdakı qeyd edilən qüsurlarla xx.xx.2020-ci il tarixli qərarda qeyd edilən qüsurlar arasında fərqliliklər var. Həmçinin Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli X2, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01440-2 №-li Aktına, xx.xx.2020-ci il tarixli qərarda isə Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01440-2 №-li Aktına istinad edilmişdir. Göründüyü kimi hər iki sənəddəki labaratoriya aktının tarixləri fərqlidir. Həmçinin xx.xx.2020-ci il tarixli qərarda qərarın qəbul edilməsinə əsas kimi xx.xx.2019-cu il il tarixli ******* №-li AKT göstərilsə də həmin ******* №-li akta nəzər saldıqda Aktın tarixinin xx.xx.2019-cu il tarixli olduğunu görünür. Bundan əlavə əgər sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı gövdədən aralansaydı Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləyər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə akt tərtib edərdilər. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 7 ay sonra yəni xx xxxxxxx 2019-cu il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Ona görə də hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında əsassız hesablanmış məbləğ silinməlidir.İddianın təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X1 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında xx.xx.2020-ci il tarixə 877.25 manat borc vardır, həmin borcun 121.25 manat hissəsi sayğac göstəricisinə əsasən və 756 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir. İddiaçının yaşadığı ünvanda iki dəfə qazdan istifadə qaydalarının pozulmasına dair fakt aşkar edilmiş, birinci dəfə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 540 manat, ikinci dəfə isə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 216 manat dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 540 manat həcmindəki dəymiş ziyanı mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacın ekranının sındırıldığı aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********1 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2019-ci il tarixli 29/1710-001440-2 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı gövdədən aralanıb, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlar yerində aşkar olunmadı, sayğacın daxili qulaqcıqlarında əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 5400 m3 (və ya 540 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə təkrar baxış zamanı G4 markalı **********1 nömrəli qaz sayğacının plombuna müdaxilə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq həmin sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 12582718 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2019-ci il tarixli 29/1710-001440-2 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağı gövdədən aralanıb, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlar yerində aşkar olunmadı, sayğacın daxili qulaqcıqlarında əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, xx xxxxxxx 2020-ci il saat 09:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 540 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G4 markalı ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” tipli G4 markalı **********1 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxx 2019-cu il il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli, MSK 29/1710- 01440-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının gövdədən aralanması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmadığı, daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmişCavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, Çexov küçəsində yerləşən evində G4 markalı ******* nömrəli sayğacın qaz işlədicilərindən PQ3ün maksimal saatlıq qaz sərfi 0.8 m3 orta günlük iş rejimi 6 saat və hesab müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 18 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 5400 m3 müəyyən edilərək onun dəyəri olan 540 manat məbləğdə ziyan (5400 m3 x 0.10 man = 540 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus ünvan 1 ünvanında yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G4 markalı ******* nömrəli qaz saygacı Cavabdeh Zaqatala X5 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə “Zenner” tipli G4 markalı **********1 nömrəli qaz saygacı quraşdırılmışdır. Bundan başqa sayğacın çıxış plasmas borusunun deşilməsi göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X6 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İBnin Zaqatala X5 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qazsayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının gövdədən aralanması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmamaması, daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının gövdədən aralanması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmaması, daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının gövdədən aralanması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmaması, daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X6 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X5 İdarəsinin rəisinin aktı sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının gövdədən aralanması, sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yerində aşkar olunmaması, daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, ******* nömrəli, xx xxxxxxx 2019-cu il il tarixli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X5 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 540 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X5 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 540 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1425/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1425/2020
22.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver