Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1447/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Məmmədova (Lətifova) Gülnar Elman qızı və Məmmədova (İbrahimxəlilova) Günel Elman qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Məmmədova (Lətifova) Gülnar Elman qızı və Məmmədova (İbrahimxəlilova) Günel Elman qızının “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Məmmədova (Lətifova) Gülnar Elman qızı və Məmmədova (İbrahimxəlilova) Günel Elman ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon X8 xx xxxx 2000-ci il tarixli 03 saylı qərarına əsasən onlara Ərizəçi1, Məmmədova (Lətifova) Gülnar Elman qızına, Məmmədova (İbrahimxəlilova) Günel Elman qızına birlikdə cizgidə göstərilən sərhədlər daxilində 2.85 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod 40401002, JN 707 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında adları göstərilmiş Ərizəçi1 Məməd oğlunun Ərizəçi1 ilə, Məmmədova (Lətifova) Gülnar Elman oğlunun Məmmədova (Lətifova) Gülnar Elman qızı ilə, Məmmədova (İbrahimxəlilova) Günel Elman oğlunun Məmmədova (İbrahimxəlilova) Günel Elman qızı ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu X19 xx xxxx 2000-ci il tarixli 03 saylı qərarına əsasən ona və ailə üzvlərinə, yəni X20 və X9 cizgidə göstərilən sərhədlər daxilində 2,85 ha pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod: 40401002, JN 707 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdir ki, həmin Dövlət aktında paylı mülkiytətçilərlə bağlı qeydlərdə onun atasının adı səhvən Məməd, X1 oğlu kimi, X21 da Elman oğlu kimi göstərilmişdir. Bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Onların yaşadıqları ünvanda X22, X16, X23 adlı şəxslər yoxdur. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Məmmədova (Lətifova) Gülnar Elman qızı və Məmmədova (İbrahimxəlilova) Günel Elman qızı da Ərizəçi1 eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Məmmədova (Lətifova) Gülnar Elman qızı və Məmmədova (İbrahimxəlilova) Günel Elman qızının tələbi əsaslıdır. Belə ki, işdə olan JN-7xx xxx 40401002 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X8 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarına əsasən Ərizəçi1 Məməd oğlu, X10, X24, X11 və X12 cizgidə göstərilən sərhəd daxilində 2,85 hektar torpaq sahəsi verilmişdir. İşdə olan İ-ИЕ 859924 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 atası X25, anası isə X5r. İşdə olan İV- ЖГ 288913 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi1 ilə X27 arasında xx xxxxxx 1986-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 508 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Xİİ-ЖГ 437410 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1987-ci il təvəllüdlü X2 atası Ərizəçi1, anası isə X3r. İşdə olan Xİİİ-ЖГ 495952 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü X6 atası Ərizəçi1, anası isə X3r. İşdə olan Şəki şəhər İHB-nın Çeşməli kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 220, 222 və 223 saylı arayışlardan görünür ki, JN-707 nömrəli torpağa mülkiyyət hüquna dair dövlət aktında göstərilən X16 həqiqətən Ərizəçi2dır, X23 həqiqətən Ərizəçi3dır və Ərizəçi1 Məməd oğlu həqiqətən Ərizəçi1, Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-7xx xxx 40401002 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”na əsasən Şəki rayonu X8 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə Ərizəçi1 Məməd oğlu, X10, X24, X11 və X12 cizgidə göstərilən sərhəd daxilində 2,85 hektar torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-7xx xxx 40401002 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda Ərizəçi1 Ərizəçi1 Məməd oğlu kimi, Məmmədova (Lətifova) X13 (Lətifova) Gülnar Elman oğlu kimi, Məmmədova (İbrahimxəlilova) X17 (İbrahimxəlilova) Günel Elman oğlu kimi səhvən yazılmışdır. Əslində isə JN-7xx xxx 40401002 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda Ərizəçi1 Məməd oğlu Ərizəçi1 ilə, Məmmədova (Lətifova) X14 (Lətifova) Gülnar Elman qızı ilə və Məmmədova (İbrahimxəlilova) X18 (İbrahimxəlilova) Günel Elman qızı ilə eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayon X8 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-7xx xxx 40401002 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş Ərizəçi1 Məməd oğlunun Ərizəçi1 ilə, X4 Məmmədova (Lətifova) Gülnar Elman qızı ilə, X7 Məmmədova (İbrahimxəlilova) Günel Elman qızı ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilərin dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayon X8 xx xxxx 2000-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş JN-7xx xxx 40401002 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş Ərizəçi1 Məməd oğlunun Ərizəçi1 ilə, X4 Məmmədova (Lətifova) Gülnar Elman qızı ilə, X7 Məmmədova (İbrahimxəlilova) Günel Elman qızı ilə eyni şəxs olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1447/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1447/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver