Məhkəmə qərarları › İş №2(075)-1456/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1456/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1456/2020 16.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“nin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, o, Şəki rayon X1 xx xxxxx 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə ona Şəki rayonu Kiş kəndində yerləşən 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin sahəyə uyğun olaraq sənədlər müvafiq təşkilat tərəfindən hazırlanaraq ona təqdim edilmişdir. Belə ki, Şəki rayon X1 xx xxxxx 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə ona verilmiş 0.06 ha torpaq sahəsinə JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“ işlənmişdir. Onun mülkiyyətində 7889,75 kv.m torpaq sahəsi olmuş və ona bu barədə 3065/1205 nömrəli torpaq qeydi verilmişdir. O, sözügedən torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ƏMDK yanında DƏDRX-in 12 saylı X3 müraciət etsə də, yazılı olaraq ona bildirilmişdir ki, Şəki rayonu, Kiş kəndində yerləşən fərdi yaşayış evini 0.06 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəyə baxılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibinin soyadının səhv qeyd olunduğu və bu səhvə qanunsuz düzəliş edildiyi məlum olmuşdur. Qevd olunanları nəzərə alaraq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir." Ona görə də JN 1193F, KOD 40401018 nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə”də qeyd olunmaqla səhv düşən Mövsümov soyadının Mövlamov olması və JN-1193F, KOD 40401018 nömrəli "Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə”nın ona məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-1193F, KOD 40401018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X1 xx xxxxx 1999-cu il tarixli, 08 nömrəli qərarına əsasən Mövsümov Saleh Şəfayət oğluna 0,06 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İİİ 733475 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1953-cü il təvəllüdlü Ərizəçi atası Nəsibov Şəfayət Mövlam oğlu, anası isə X2r. İşdə olan Şəki şəhər İHB-nın Kiş kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 901 nömrəli və xx.xx.2020-ci il tarixli, 977 nömrəli arayışlardan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1193F, KOD 40401018 nömrəli şəhadətnamədə qeyd edilən Mövsümov Saleh Şəfayət oğlu, əslində Ərizəçi eyni şəxsdir. Kiş kəndində Mövsümov Saleh Şəfayət oğlu adında digər şəxs yaşamır. Ərizəçi Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 7, m 69 qeydiyyatdadır, lakin hal-hazırda müvəqqəti Şəki rayonunun Kiş kəndində yaşayır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“yə əsasən Şəki rayonu X1 xx xxxxx 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə Mövsümov Saleh Şəfayət oğlunun mülkiyyətinə Şəki rayonu Kiş kəndində 0,06 hektar torpaq sahəsi verilmişdir.Həmçinin müəyyən olundu ki, JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də Ərizəçi soyadı səhvən Mövsümov kimi yazılmışdır. Əslində isə JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də adı Mövsümov Saleh Şəfayət oğlu kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin şəhadətnamə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X1 xx xxxxx 1999-cu il tarixli, 08 saylı qərarı Ərizəçi adına verilmiş JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də soyadı səhv olaraq qeyd edilmiş Mövsümov Saleh Şəfayət oğlunun Ərizəçi ilə eyni şəxs olması və JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X1 xx xxxxx 1999-cu il tarixli, 08 saylı qərarı ilə Ərizəçi adına verilmiş JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də soyadı səhv olaraq qeyd edilmiş Mövsümov Saleh Şəfayət oğlunun Ərizəçi ilə eyni şəxs olması və JN-1193F, KOD 40401018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar