Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1460/2021 22.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi X2, ərizəçi olmaqla, digər Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1, ərizəçilər Ərizəçi3 və Ərizəçi2 vəkilləri X4 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3897.71 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı adlı siyahı faylının onlara aid hissədə Ərizəçi3 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizələri onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahatı Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ailələrinə 3897.71 kv.m kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmış, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən A seriyalı, 319208 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış və təhvil verilmişdir. Onlar həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də, həmin sənəddə Ərizəçi3 və Ərizəçi2 soyadları “Mustafayev” əvəzinə “Məmmədov" kimi göstərildiyindən onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi3 etibarnamə üzrə nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi olmaqla, digər Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1, həmçinin ərizəçilər Ərizəçi3 və Ərizəçi2 vəkilləri X1 Elmira İsgəndər qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilərin tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 göstərdi ki, ərizəçilər həmkəndliləridirlər. Onları yaxından tanıyır. Ərizəçi1 ilə X2 nikahlarından Ramin və Nurman adlı uşaqları doğulmuşdur. Ərizəçilərin soyadları “Məmmədov” deyil, “Mustafayev”dir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 digər şahid X6 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan A seriya, 319208 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kənd sakinlərinə 3897.71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü Ərizəçi3 və xx xxx 1984-cü il təvəllüdlü Ərizəçi2 ataları Ərizəçi1, anaları isə X3r. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, **********71 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3897.71 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı adlı siyahı faylının ərizəçilər Ərizəçi3 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Şəki Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə tələbin Ərizəçi1 aid hissədə baxılmamış saxlanılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumunu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3897.71 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı adlı siyahı faylının ərizəçilər Ərizəçi3 və Ərizəçi2 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Tələbin Ərizəçi1 aid hissədə baxılmamış saxlanılmasına dair Şəki Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(075)-1460/2021 saylı qərardadı nəzərə alınsın. Ərizəçilərin dövlət büdcəsinə ödədikləri 10 (on) manat rüsum onların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1460/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1460/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver