Məhkəmə qərarları › İş №2(075)-1479/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1479/2020

20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1479/2020 20.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində “xxxxxxxx" ASC-nin X5 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli, 184894 nömrəli akt əsasında hesablanmış borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı göstərdi ki, o, Şəki rayonunun Baş Göynük kəndində yaşayır. Evinə verilən elektrik enerjisini hesaba alan elektrik sayğacı onun adınadır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmişlər. Həmişə sayğac üzrə ödəniş aparmışlar. Lakin cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2020-ci il tarixdə evinə gələrək onun barəsində 184894 nömrəli akt tərtib etmişlər. Halbuki, həmin akt tərtib edilərkən cavabdeh təşkilatın əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərkən nəinki hal şahidlərinin iştirakı təmin edilmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı bir təşəbbüs irəli sürməmişlər. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh təşkilatın əməkdaşları hər hansı bir araşdırma aparmadan illik planı bitirmək mqəsədi iləöz kabinetlərində oturaraq onun barəsində belə bir akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun adına olan sayğacla bağlı X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş istehlakçının qarmaq vasitəsi ilə sayğacdan kənar xətdən istifadə etməsi əsası ilə əlaqədar X1 qaydalarının pozulması əsas götürülərək xx xxxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə "EEİQ"nin tələblərinin pozulmasını əsas olduğunu göstərsələr də aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Həmçinin istehlakçının ünvanına sayğacın quraşdırılmasına baxmayaraq aktda onun və ya atasının sayğacdan kənar şəkildə X1 etməsi barədə heç bir fikir ifadə edilmir. Belə ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa xx xxxxxx 2020- ci il tarixli aktın tərtibində nəinki istehlakçının özünün, ailə üzvünün, hətta hal şahidlərinin də iştirakı təmin edilməmişdir.Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq həmin akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən «CD» diskindəki çəkiliş onun Baş Göynük kəndinin «Qarasov» ərazisində olan evində aparılmışdır. Belə ki, ona verilən suallara cavabında göstərmişdir ki, çəkilişdəki sayğac və sayğacdan kənar çəkilmiş xətt onun həyətindən keçən naqildən çəkilmişdir. Lakin bildirmişdir ki, həmin xəttin kim tərəfindən çəkilməsini bilmir. Həmçinin göstərmişdir ki, bəhsi keçən akt onun iştirakı ilə tərtib olunmuş və o, həmin aktla razılaşaraq onu imzalamışdır. Göstərmişdir ki, həmin aktı imzalasa da onun mahiyyətini başa düşməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu, Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********02009 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları X.Abdullayev, V.Cəlilov və X.Hacıbabayev tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalarf’nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R184894 saylı akt tərtib olunmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Həmçinin iddiaçı aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli. R184894 saylı akta əsasən “xxxxxxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 270 gün üçün 0.xx xxxxxxx 2700 kvt.s (dəyəri 189.00 manat) və 0.xx xxxxxxx 3288 kvt.s (dəyəri 361.68 manat) toplamda 550.68 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nm 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları X.Abdullayev, X.Hacıbabayev və onun tərəfindən Şəki rayonu, Baş Göynük kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydalar”nın 8.32 bəndinin tələbinə uyğun olaraq tərəflərindən xx.xx.2020-ci il tarixli, R184894 saylı akt tərtib olunmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi onların tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Həmçinin iddiaçı aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt sayğacdan kənar xətt aşkar edilmiş, sayğacdan keçən cərayan xüsusi indekatorla yoxlanılmış, lakin sayğacdan hər hansı elektrik yükünün keçməsi müəyyən olunmamışdır. Bundan başqa əlavə xətt də xüsusi cihazla yoxlanılmış və xəttdən keçən cərəyanın gücü 6 amper olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞnin enerji satış bazasında **********02009 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, R seriyalı 184894 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, abonent sayğacdan kənar xətdən istifadə etmişdir. İş materiallarına əlavə edilmiş Şimal-Qərb RETSİ-nin xx xxxxxx 2020-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu, Baş Göynük kəndində yerləşən evdə xx xxxxxx 2020-ci il tarixli, R seriyalı 184894 nömrəli akta Witr = 6A x 0,22kV x 24 sx 0,7 x 270 gün=3326 kVts. Dəyəri: 2700 kVts x 0,11 manat = 189 manat, 328 kVts x 0,11 = 361,68 manat, cəmi 550,68 manat təşkil edir. İş materialına əlavə edilmiş iddiaçının ünvanında yerləşən sayğaca keçirilən baxış zamanı lentə alınmış SD diskdən görünür ki, abonent sayğacdan kənar xətt çəkərək ondan istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən evdə yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında İddiaçı adına **********02009 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı iddiaçının onun evində qoyulmuş sayğaca daxil olan elektrik xəttinə sayğacdan əvvəl ayrıca kənar xətt çəkərək istifadə etməsi cavabdehin məhkəməyə təqdim etdiyi SD diskində olan çəkilişlə sübut olundu. Cavabdeh tərəfindən iddiaçının kənar xəttdən istifadə etməsi nəticəsində itirilmiş elektrik sərfiyyatı kimi 550,68 manat müəyyən edilmişdir.İddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilən SD disk baxış keçirilərkən, çəkilişdəki sayğacın ona məxsus olduğunu, görüntülərdə əksini tapan evin və həyətin də ona aid olduğunu bildirmişdir. SD disk məhkəmə iclasında nümayiş etdirilmiş və müəyyən edilmişdir ki, həmin vaxt sayğacdan kənar xətt aşkar edilmiş, sayğacdan keçən cərayan xüsusi indekatorla yoxlanılmış, lakin sayğacdan hər hansı elektrik yükünün keçməsi müəyyən olunmamışdır. Bundan başqa əlavə xətt də xüsusi cihazla yoxlanılmış və xəttdən keçən cərəyanın gücü 6 amper olması müəyyən olunmuşdur.Məhkəmə hesab edir ki, iddiaçı abonent sayğacdan kənar xətt çəkərək ondan istifadə etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-nə barəsində “xxxxxxxx" ASC-nin X5 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli, 184894 nömrəli akt əsasında hesablanmış (550,68 manat) borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar