Məhkəmə qərarları › İş №2(075)-1522/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1522/2020

05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1522/2020 05.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi “şəxsin eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu, Qaratorpaq kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 15 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40402017, JN-0021 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X8 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən ailə üzvü olaraq ona və ailə üzvləri ilə birlikdə Şəki rayonu, Qaratorpaq qəsəbəsi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 15 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40402017, JN-0021 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə ərizəçinin atasının adı səhvən yazılmış, yəni ərizəçinin atasının adı “Soltan” əvəzinə mexaniki olaraq səhvən “Salman" kimi göstərilmişdir. Ərizəçi qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Aqrar islahatlar zamanı ərizəçinin yaşadığı Qaratorpaq qəsəbəsində Ərizəçi Salman qızı adlı adam olmamışdır. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi ərizəçinin işinə çox çətinliklər yaradır. Ona görə də ərizəçi məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Onlar ailədə 3 bacı və 2 qardaşdırlar. Onların özlərinində bəzi sənədlərində ata adı dəhv yazılmışdır. Lakin onların atalarının atı Soltandır. KOD 40402017, JN-0021 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi Salman qızı kimi qeyd edilsə də, əslində o Ərizəçi ilə eyni şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da şahid X6 ilə eyni məzmunda ifadə vermişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş JN- 0021, KOD 40402017 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən X5, Ərizəçi Salman qızı, X7, X8, X1 cizgidə göstərilən sərhəd daxilində 15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan ИЕ-940933 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxx 1960-cı il tarixdə anadan olmuşdur. İşdə olan İİİ–ЖГ 278233 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X5 arasında xx xxxxxxxx 1982-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Rəcəbova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Bolludərə kəndindəki nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 216 nömrəli arayışdan görünür ki, JN-0021, KOD 40402017 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda qeyd edilən Ərizəçi Salman qızının ata adı texniki səhv olaraq qeyd olunmuşdur. Həmin şəxsin soyadı, adı, atasının adı Ərizəçidır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”na əsasən Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə əsasən X5, Ərizəçi Salman qızı, X7, X8, X1 cizgidə göstərilən sərhəd daxilində 15 hektar torpaq sahəsi verilmişdir.Həmçinin müəyyən olundu ki, JN- 0021, KOD 40402017 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda Ərizəçi ata adı səhvən Salman kimi yazılmışdır. Əslində isə JN-0021, KOD 40402017 nömrəli JN- 0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda adı Ərizəçi Salman qızı kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin şəhadətnamə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə verilmiş JN-0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda ata adı səhv olaraq qeyd edilmiş Ərizəçi Salman qızının Ərizəçi ilə eyni şəxs olmalı və JN-0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X3 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə verilmiş JN-0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda ata adı səhv olaraq qeyd edilmiş Ərizəçi Salman qızının Ərizəçi ilə eyni şəxs olması və JN-0021, KOD 40402017 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın payına münsibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar