Məhkəmə qərarları › İş №2(075)-1525/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1525/2020

05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1525/2020 05.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi eyni zamanda ərizəçilər Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızının nümayəndəsi Ərizəçi3 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızının “ şəxsin eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Təpəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,53 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40411028, JN-0034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Təpəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,53 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40411028, JN-0034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktın səhv olaraq qeyd edilmiş Ərizəçi3 Camal oğlunun Ərizəçi3 ilə, X5 X11 ilə, X9 Ərizəçi2 ilə eyni şəxs olmaları faktının müəyyən edilməsi və həmin aktın paylarımıza münasibətdə bizə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni zamanda ərizəçilər Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızının nümayəndəsi Ərizəçi3 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Şəki rayonu Təpəcənnət kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,53 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40411028, JN-0034 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun, yəni Ərizəçi3nın atasının adı səhvən yazılmış, yəni Ərizəçi3nın atasının adı “Cəlal" əvəzinə mexaniki olaraq səhvən “Camal’' kimi, Ərizəçi2 soyadı "Cəlalov" əvəzinə mexaniki olaraq səhən "Əhmədov” kimi, həmçinin Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızını adı "Füruzə" əvəzinə mexaniki olaraq səhən “Firuzə" kimi göstərilmişdir. Onlar qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Aqrar İslahatları zamanı onların yaşadıqları Təpəcənnət kəndində bir ailənin üzvləri kimi Ərizəçi3 Camal oğlu, X18 və X12 adlı adamlar olmamışdır. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 da digər Ərizəçi3 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızının tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0034, KOD 40411028 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Ərizəçi3 Camal oğlu, Əhmədova Könül Bəhərçin qızı, X12 və X13 cizgidə göstərilən sərhəd daxilində 2.53 hektar torpaq sahəsi verilmişdir. İşdə olan АЗ-0996609 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1965-ci il təvəllüdlü Ərizəçi3 atası X14, anası isə X3r. İşdə olan XVİİ-ЖГ 432943 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü X6 atası Ərizəçi3, ansı isə Əhmədova Könül Bəhərçin qızıdır. İşdə olan XİX- ЖГ 343230 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1995-ci il təvəllüdlü Ərizəçi2 atası Ərizəçi3, ansı isə Əhmədova Könül Bəhərçin qızıdır. İşdə olan AZ-İ 732607 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 ilə X7 arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Ağabəyova soyadı verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”na əsasən Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə əsasən Ərizəçi3 Camal oğlu, Əhmədova Könül Bəhərçin qızı, X12 və X13 cizgidə göstərilən sərhəd daxilində 2.53 hektar torpaq sahəsi verilmişdir.Həmçinin müəyyən olundu ki, JN-0034, KOD 40411028 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda səhvən Ərizəçi3 Ərizəçi3 Camal oğlu kimi, X1 Firuzə Cabbar qızı kimi, Ərizəçi2 X4 texniki səhv yazılmışdır. Əslində isə JN-0034, KOD 40411028 nömrəli JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda adı Əhmədov X17 Cabbar Cəlal oğlu ilə, X12 (Ağabəyova) X11 ilə, X18 isə Ərizəçi2 ilə eyni şəxsdir və həmin şəhadətnamə paylarına münasibətdə onlara məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş Ərizəçi3 Camal oğlunun Ərizəçi3 ilə, X5 X11 ilə, X9 Ərizəçi2 ilə eyni şəxs olması və JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızının dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X8 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş Ərizəçi3 Camal oğlunun Ərizəçi3 ilə, X5 Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızı ilə, X9 Ərizəçi2 ilə eyni şəxs olması və JN-0034, KOD 40411028 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi3, Ərizəçi2 və Ağabəyova (Əhmədova) Füruzə Cabbar qızına məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar