Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1571/2020 16.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçi olmaqla, digər ərizəçilər X2, xxx Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndələri Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Kod 40403018, JN-150 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda adları qeyd olunmuş hüquq sahiblərinin adları sırasında (sıra 1, mülkiyyətçi) atasının adı Ərizəçi1 Camal oğlu deyil, Ərizəçi1 olması, (sıra 2) ərizəçi, eyni zamanda həyat yoldaşının adı X3 deyil, Ərizəçi2 olması, (sıra 3) ərizəçi, eyni zamanda oğlunun soyadının Ərizəçi3 Pamir oğlu deyil, X16 olması, (sıra 4) ərizəçi, eyni zamanda oğlunun atasının adı Ərizəçi5 Pamir oğlu deyil, Ərizəçi5 olması, (sıra 5) ərizəçi, eyni zamanda qızının soyadının Əliyev deyil, Əliyeva, adının İdayət deyil, Hidayət, Pamir oğlu deyil, Pamir qızı olması hüquqi faktının təsdiq edilməsi, eyni zamanda həmin torpaq aktında Pamir Camal oğlunun, Pamir Cəlal oğlu kimi, Muxtabarxan Mustafa qızının, Möhtəbər Mustafa qızı kimi, Ərizəçi3, Aliyev Zamir kimi, Rafiq Pamir oğlunun, Rafiq Pamiroviç kimi, X9, Ərizəçi4 kimi oxunmaları, Şəki rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə kod 40403018, JN-001A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də adları qeyd olunmuş hüquq sahiblərinin adları sırasında (sıra 1, mülkiyyətçi) atasının adı Ərizəçi1 Camal oğlu deyil, Ərizəçi1 olması, (sıra 2) ərizəçi, eyni zamanda həyat yoldaşının adı X3 deyil, Ərizəçi2 olması, (sıra 3) ərizəçi, eyni zamanda oğlunun soyadının Ərizəçi3 Pamir oğlu deyil, X16 olması, (sıra 4) ərizəçi, eyni zamanda oğlunun atasının adı Ərizəçi5 Pamir oğlu deyil, Ərizəçi5 olması, (sıra 5) ərizəçi, eyni zamanda qızının soyadının Əliyev deyil, Əliyeva, adının İdayət deyil, Hidayət, Pamir oğlu deyil, Pamir qızı olması hüquqi faktının təsdiq edilməsi, eyni zamanda həmin torpaq aktında Pamir Camal oğlunun, Pamir Cəlal oğlu kimi, Muxtabarxan Mustafa qızının, Möhtəbər Mustafa qızı kimi, Rafiq Pamir oğlunun, Rafiq Pamiroviç kimi, X9, Ərizəçi4 kimi oxunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçi olmaqla, digər ərizəçilər X2, xxx Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndələri Ərizəçi1 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 4.99 ha torpaq sahəsinin verilməsi barədə JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» və Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 0.12 ha torpaq sahəsinin verilməsi barədə JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 paylarına münasibətdə məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçilər Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 ərizəni onunla əsaslandırmışdır ki, Şəki rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə ailələrinə 4.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» hazırlanmış və təhvil verilmişdir. Şəki rayon X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə ailələrinə 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» hazırlanmış və təhvil verilmişdir. Onlar həmin sənədləri iş üzrə maraqlı şəxs olan DƏDRXnin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də, həmin sənədlərdə qeyd edilmiş subyekt siyahısının birinci sırasında “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Camal oğlu”, ikinci sırasında “X2” əvəzinə “X3”, üçüncü sırasında “Alıev Zamir (Pamir oğlu)” əvəzinə “Ərizəçi3 Pamir oğlu”, dördüncü sırasında “Ərizəçi5” əvəzinə “Ərizəçi5 Pamir oğlu” və yeddinci sırasında “Ərizəçi4” əvəzinə “X14” kimi göstərildiyindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçi olmaqla, digər ərizəçilər X2, xxx Ərizəçi4 və Ərizəçi5 etibarnamə üzrə nümayəndələri Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı X18 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçi olmaqla, digər ərizəçilərin etibarnamə üzrə nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilərin tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərdi ki, Ərizəçi1 X2 ilə Qırğızıstan Respublikasında rəsmi nikaha daxil olmuş, birgə nikahdan Zamir, Rafiq və Binnət adlı oğulları, Hidayət və Kifayət adlı qızları anadan olmuşdur. Sonradan onlar Şəki rayonu Aydınbulaq kəndinə köçmüş və orada birgə təsərrüfat aparmışlar. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X17 digər şahid X4 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinləri Ərizəçi1 Camal oğlu, X3, Ərizəçi3 Pamir oğlu, Ərizəçi5 Pamir oğlu, X10, X12 və X11 4.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinləri Ərizəçi1 Camal oğlu, X3, Ərizəçi3 Pamir oğlu, Ərizəçi5 Pamir oğlu, X10, X12 və X11 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İİ-ХЯ seriyalı, 253725 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1956-cı il təvəllüdlü Ərizəçi1 atası Cəlal Əliyev, anası isə Mina Əliyevadır. İşdə olan İİ-ХЯ seriyalı, 201615 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. İşdə olan İİ-ГС seriyalı, 274615 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 və X1 xx xxxxx 1979-cu il tarixdə nikaha daxil olmuşlar. Ərə Əliyev, arvada Əiyeva soyadı verilmişdir. İşdə olan V-ГС seriyalı, 436062 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü Alıev Zamir (Pamir oğlu)nun atası Ərizəçi1, anası isə Muxtabarxan Əliyevadır. İşdə olan Vİ-ГС seriyalı, 332073 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1982-ci il təvəllüdlü Ərizəçi5 atası Ərizəçi1, anası isə Muxtabarxan Əliyevadır. İşdə olan X-ГС seriyalı, 363552 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1988-ci il təvəllüdlü Ərizəçi4 atası Ərizəçi1, anası isə Muxtabarxan Əliyevadır. İşdə olan AZ-İ seriyalı, 934218 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 və Ərizəçi4 xx xxx 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Ərə Əliyev, arvada Əiyeva soyadı verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********74 nömrəli məktubdan görünür ki, JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» və JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»də yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 4.99 ha torpaq sahəsinin verilməsi barədə JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» və Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 0.12 ha torpaq sahəsinin verilməsi barədə JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 4.99 ha torpaq sahəsinin verilməsi barədə JN:150 nömrəli (kod 40403018) «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» və Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Aydınbulaq kənd sakinlərinə 0.12 ha torpaq sahəsinin verilməsi barədə JN:001A nömrəli (kod 40403018) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin Ərizəçi1, X2, xxx Ərizəçi4 və Ərizəçi5 paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçilərin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1571/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1571/2020
16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver