Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1573/2020 07.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Kəhrizoba kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3,15 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40411038, JN-0009 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara, yəni Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən ona, Ərizəçi2, X7 və X2 birlikdə Şəki rayonu Kəhrizoba kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3.15 hektar pay torpaq sahəsi ayrılmışdır. Göstərmişdir ki, Ərizəçi2 onun övladıdır. na Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40411038, JN-0009 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun, yəni Ərizəçi1 soyadı səhvən yazılmış, yəni onun soyadı “Salamova" əvəzinə mexaniki olaraq səhvən “Cəlalova" kimi, Ərizəçi2 isə adı və atasının adı "Mansur Əhmədiyə” oğiu əvəzinə mexaniki olaraq səhən “Mənsur Əhmədiyyə oğlu" kimi göstərilmişdir. Onlar qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Onların yaşadığı Kəhrizoba kəndində X11 və X12 adlı adamlar yoxdur. Onun qız familiyası Novruzəliyevadır. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 da Ərizəçi1 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədova Nigar Vəkilxan qızı ifadəsində göstərdi ki, Ərizəçi1 onun xalasıdır. Ərizəçinin, onun anasının və digər xalasının da qızlıq soyadları Novruzəliyeva olmuşdur. Xalası Ərizəçi1 ərə getdikdən sonra isə Salamova soyadı almışdır. Ümumiyyətlə onların nəslində Cəlalova soyadı yoxdur. Sözügedən torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçinin soyadı texniki səhv olaraq Cəlalova göstərilsə də, əslində Ərizəçi1dır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 da şahid Əhmədova Nigar Vəkilxan qızı ilə eyni məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0009, KOD 40411038 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən X14, X11, X12 və X2 cizgidə göstərilən sərhəd daxilində 3.15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 05/Q-675/69 seriya nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X15 ilə X4 arasında xx xxxxxxxx 1960-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Salamova soyadı verilmişdir. İşdə olan Vİ-ЖГ 475112 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü Ərizəçi2 atası X18, ansı isə Ərizəçi1dır. İşdə olan Şəki şəhər İHB-nın Cəfərabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 630 nömrəli arayışdan görünür ki, KOD 40411038 JN: 0009 nömrəli torpaq aktındaki X11 ilə Ərizəçi1 eyni adamdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-0009, KOD 40411038 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”na əsasən Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə əsasən X14, X11, X12 və X2 cizgidə göstərilən sərhəd daxilində 3.15 hektar torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0009, KOD 40411038 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda Ərizəçi2 X12 oğlu kimi, Ərizəçi1 X3 texniki olaraq səhv yazılmışdır. Əslində isə JN-0009, KOD 40411038 nömrəli JN-0009, KOD 40411038 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda adı X1 Mansur Əhmədiyə oğlu ilə, X11 isə Ərizəçi1 ilə eyni şəxsdir və həmin şəhadətnamə paylarına münasibətdə onlara məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-0009, KOD 40411038 nömrəli Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X5 Ərizəçi2 ilə, X6 Ərizəçi1 ilə eyni şəxs olması və JN-0009, KOD 40411038 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X16 xx xxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-0009, KOD 40411038 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X5 Ərizəçi2 ilə, X6 Ərizəçi1 ilə eyni şəxs olması və JN-0009, KOD 40411038 nömrəli “Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1573/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1573/2020
07.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver