Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1580/2021 20.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.34 manat məbləğində borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 42.34 manat manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" MMC məhkəməyə 20 sentyabr 2021-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin tabe qurumu olan X1 ilə cavabdeh Şəki rayonu Qudula kəndində yaşayan Cavabdeh arasında rabitə xidmətlərinin göstərilməsi barədə 17 dekabr 2007-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh Şəki TKQ ilə bağladığı xidmət müqaviləsinə əsasən qovşağın rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ***-***-**-** saylı telefonun üzərində 22.34 manat məbləğində debitor borcu vardır. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin tabe qurumu olan X1 ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2007-ci il tarixli müqavilədən görünür ki, tariflər cədvəlində qeyd olunan tariflərə uyğun olaraq xidmət haqlarının müəyyən edilmiş müddətlərdə ödənilməməsi, “Abonent”in xidməti müqaviləsindən birtərəfli qaydada imtina etdiyi kimi birmənalı başa düşülür. Bu halda Şəki “TKQ” “abonent”in nömrəsini onun istifadəsindən çıxarmağa və “Abonent” ilə xidməti müqaviləni ləğv etməyə tam haqlı olur. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh cəmi 22.34 manat məbləğində borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2007-ci il tarixli müqavilə üzrə Cavabdeh abonent xətti və nömrə verilmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə abonent xətti və nömrə verilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC debitor borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə 22.34 manat məbləğində borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 42.34 manat manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22.34 manat məbləğində borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 42.34 manat manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1580/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1580/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver