Məhkəmə qərarları › İş №2(075)-1605/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1605/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1605/2021 16.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40829 olan X1 8 markalı telefon, Xiaomi qulaqlıq, Sonorous Surefix asqı üçün 579.60 manat əsas borc, 57.40 manat cərimə, 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1058.40 manat əsas borc, 105.60 manat cərimə olmaqla, ümumilikdə 1801.00 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 29 iyun 2020-ci il tarixli, 20375349 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 382 manat olan İMEİ kodu **********40829 olan X1 8 markalı telefon, Xiaomi qulaqlıq, Sonorous Surefix asqı əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 48.3 manat + 45 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 29 iyun 2020-ci il tarixli, 20375327 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 1058.4 manat olan Samsung LED TV əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəməyi (18 ay X 58.8 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 29 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-yə 579.60 manat əsas borc, 57.40 manat cərimə, 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən 1058.40 manat əsas borc, 105.60 manat cərimə olmaqla, ümumilikdə 1801.00 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 45 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40829 olan X1 8 markalı telefon, Xiaomi qulaqlıq, Sonorous Surefix asqı üçün 579.60 manat əsas borc, 57.40 manat cərimə, 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1058.40 manat əsas borc, 105.60 manat cərimə olmaqla, ümumilikdə 1801.00 manat borc Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40829 olan X1 8 markalı telefon, Xiaomi qulaqlıq, Sonorous Surefix asqı üçün 579.60 manat əsas borc, 57.40 manat cərimə; 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1058.40 manat əsas borc, 105.60 manat cərimə olmaqla, ümumilikdə 1801.00 manat borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar