Məhkəmə qərarları › İş №2(075)-1613/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1613/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1613/2021 13.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi2 “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizələrini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN:142 saylı, kod nömrəsi 40409028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən X2 ilə Ərizəçi1 və Ərizəçi2 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin iddia ərizəsivə ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN:142 saylı, kod nömrəsi 40409028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən X2 ilə Ərizəçi1 və Ərizəçi2 ilə X1 eyni şəxs olması faktının müəyyən edilməsini xahiş etsələr də, ərizəçilər tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınma qaydasına əməl edilməmiş və bu barədə ərizəyə sənəd əlavə edilməmişdir. Ona görə də ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi2 ərizələri geri qaytarılmalı, onlara qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi2 “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar