Məhkəmə qərarları › İş №2(075)-1618/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1618/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1618/2020 23.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “eyni şəxs olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,31 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40413018, JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara, yəni Ərizəçi2, Ərizəçi1 və X13 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən onlara, atası X16, anası X3, gəlinləri X6, qardaşı X13 və qardaşı oğlu X13 birlikdə Şəki rayonu Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,31 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40413018, JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə Ərizəçi1 və qardaşı X1, onun, yəni Ərizəçi2 isə adı səhvən yazılmış, yəni Ərizəçi1 və qardaşı X1 “Həsənov" əvəzinə mexaniki olaraq səhvən “Məmmədov” kimi, Ərizəçi2 adı "Nurlan” əvəzinə mexaniki olaraq səhən “Nurlanə” kimi göstərilmişdir. Göstərmişdir ki, Ərizəçi1 atası onun isə qardaşı X22 vəfat etmişdir. Onlar qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Onların yaşadığı Cumakənd kəndində X29, X17 və Ərizəçi2ə Bəxtiyar qızı adlı adamlar yoxdur. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Belə ki, həmin torpağa dair çıxarış almaq istəyirlər, lakin adları uyğun gəlmədiyindən həmin sənədi ala bilmirlər. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 da Ərizəçi2 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. Belə ki, işdə olan JN-00xx xxx 40413018 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən X25, X8, Ərizəçi2ə Bəxtiyar qızı, X18, X17 və X23 cizgidə göstərilən sərhəd daxilində 2,31 hektar torpaq sahəsi verilmişdir. İşdə olan АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X9 atası X26, anası isə X4r. İşdə olan Vİ- ЖГ 354660 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 ilə X10 arasında xx xxxxxx 1995-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İşdə olan AZ-İ 306295 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx xxxx 2008-ci il tarixdə kəskin qan itirmə səbəbi ilə Şəki rayonu, Cumakənd kəndində ölmüşdür. İşdə olan XİX-ЖГ 486991 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1996-cı il təvəllüdlü Ərizəçi1 atası X24, anası isə X11r. İşdə olan Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 271 nömrəli arayışdan göstərilmişdir ki, Torpağa mülkiyyət Hüquna dair Dövlət Aktında 0077 nömrəli Ərizəçi2ə Bəxtiyar qızı kimi qeyd olunan şəxslə Ərizəçi2 eyni şəxsdir. İşdə olan Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 272 nömrəli arayışdan görünür ki, sabiq Cumakənd kənd sakini X25 vəfat etdikdən sonra Ərizəçi2 adlı varisi qalmışdır. İşdə olan Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 273 nömrəli arayışdan görünür ki, sabiq Cumakənd kənd sakini X14 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və Ərizəçi2 adlı varisi qalmışdır. İşdə olan Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 274 nömrəli arayışdan görünür ki, sabiq Cumakənd kənd sakini X22 xx xxxx 2008-ci il tarixdə vəfat etmiş və X18, Ərizəçi1, İsayeva (Həsənova) Nuranə Mehman qızı və X31 adlı varisləri qalmışdır. İşdə olan Şəki şəhər İHB-nın Cumakənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 291 nömrəli arayışdan görünür ki, torpaq aktında X32 ilə Ərizəçi1, X17 ilə X22, Ərizəçi2ə Bəxtiyar qızı ilə Ərizəçi2 eyni şəxslərdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən X16, X3, Ərizəçi2, X6, Ərizəçi1 və X13 birlikdə Şəki rayonu Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,31 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40413018, JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə Ərizəçi1 və X1, Ərizəçi2 isə adı səhvən yazılmış, yəni Ərizəçi1 və X1 “Həsənov" əvəzinə mexaniki olaraq səhvən “Məmmədov” kimi, Ərizəçi2 adı "Nurlan” əvəzinə mexaniki olaraq səhən “Nurlanə” kimi göstərilmişdir. Əslində isə JN-00xx xxx 40413018 saylı Torpağa mülkiyyət Hüquna Dair Dövlət Aktı”nda X29 Ərizəçi1 ilə, Həsənova X12 Nurlan Bəxtiyar qızı ilə və X2 Mehman Baxtiyar oğlu ilə eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayon X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 40413018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X19 Ərizəçi1 ilə, Ərizəçi2ə Bəxtiyar qızının Ərizəçi2 ilə və X5 X24 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilərin dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayon X21 xx xxx 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə verilmiş JN-00xx xxx 40413018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda səhv olaraq qeyd edilmiş X19 Ərizəçi1 ilə, Ərizəçi2ə Bəxtiyar qızının Ərizəçi2 ilə və X5 X24 ilə eyni şəxs olması, həmçinin KOD 40413018, JN-0077 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara, yəni Ərizəçi2, Ərizəçi1 və X15 məxsus olması hüquqi faktları müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar