Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1626/2020 24.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala X6 İdarəsinin xx.xx.2019-cu ildə tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesablanmış 4044 kub.m qazın və onun dəyəri olan 464.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı nümayəndəsi Rəsulov X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Şəki şəhəri, Nizami küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evi onun qardaşı İddiaçı mülkiyyətindədir. Lakin uzun müddətdir ki, sözügedən evdə o yaşayır. Küçələrinə qaz çəkilən zaman o Rusiya Federasiyasında olmuşdur. Evlərinə qayıtdıqda isə qaz borularının onların darvazalarının önü ilə aparıldığını görmüşdür. Belə ki, qaz xətti yerdən 1 metr hündürlükdə çəkildiyindən darvazadan həyətlərinə keçmək çətinlik yaratmışdır. O, bu barədə Cavabdehnə müraciət edərək qaz borusunun darvazanın yuxarı hissəsi ilə aparılmasını xahiş etsə də, İB-dən ona həmin işin 800 manat xərci olduğu bildirilmişdir. Buna görə də o, maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1183/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə icra edilən dövrdə "Cavabdeh" İB-nin əməkdaşları ona əvvəlcədən bildirmədən kuçə xəttində olan 10318537 nömrəli sayğacı qaz xəttindən açmış və əvəzində başqa sayğac quraşdırmışlar. Sayğac dəyişdirilərkən və yenisini quraşdırarkən ona ******* saylı akt verilmiş və heç bir nöqsan olmadğı üçün qeydiyyat aparılmamışdır. Sonradan hər ay göstərici götürən nəzarətçi bildirmişdir ki, açılan sayğacla bağlı heç bır problem yoxdur. Sonradan 2020-ci ilin avqust ayında nəzarətçi tərəfindən evlərinə bildiriş veriləndə aylıq sərfiyyatdan əlavə 464.40 manat borc yazıldığının şahidi olmuşdur. Bununla əlaqəli anlaşılmamazlığı müəyyən etmək üçün idarə ilə əlaqə saxlamışdır. Bildirilmişdir ki, "Cavabdeh" İB nin əməkdaşları tərəfindən barəsində xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında üç nəfərin iştirakı iləakt tərtib edilmiş və həmin akt əsasında "Cavabdeh" İB-nin Zaqatala RQİİ-nin itirilmiş qazın bərpasına dair xx.xx.2019-cu il tarixli qərar verilmişdir. Lakin həmin akt ondan xəbərsiz, qeyri-müəyyən şəraitdə, qərəzli və birtərəfli qaydada yazılmış və o, həmin akta imza etməmişdir. Səbəb kimi isə guya sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən deşilmiş və daxili qulaqcıqlarda əzik cızıq izləri aşkar edilməsi göstərilmişdir. Eyni zamanda "Cavabdeh" İB nin əməkdaşları bu aktı ona gorə tərtib etmişlər ki, o, "Cavabdeh” İB-ni maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə vermiş və onun iddiası təmin edilmişdir. Bu yolla İB-yi ondan qisas almaq istəmişdir. "Qazdan istifadə qaydaları"na əsasən cavabdeh sayğac quraşdırarkən onu xüsusi mühafizə vasitəsi olan qutu ilə təmin etməmişdir. Belə olan halda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına gorə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hər nəzarətçi bildiriş verirsə və sayğaca vizual baxış keçirirsə niyə bəs onda qusur aşkar etməmişdir. Bəs hər baxış keçirilmiş sayğacda olan qusuru cavabdehin əməkdaşı aşkar etmirdirsə 180 gün niyə cərimə hesablanır. Cavabdehin hansı səbəbdən cərimənin 0.10 qəpik hesablaması məlum deyildir. Bundan başqa sayğacın qorunub saxlanılmasına cavabdeh məsul olduğundan, ******* saylı aktda qeyd olunan sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən deşilmiş və daxili qulaqcıqlarda əzik cızıq izləri aşkarlanmış ifadəsi və bu səbəbdən də ondan cərimənin, sayğacın dəyərinin ödənilməsi tələbi qanunsuzdur. Tərtib edilmiş aktlarda onun iştirakı təmin edilməmiş, aktlarda onun təqsirli hərəkətini təsdiq edən sübutlar mövcud deyil və ya aktda göstərilməmişdir. Yoxlama qeydinə əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən deşilmiş və daxili qulaqcıqlarda əzik cızıq izləri istifadə edilən qazın sayğac tərəfindən qeydə almamasına əsas ola bilməz. Qanunvericiliyə gorə fiziki şəxs kimi ona münasibətdə qaz sayğacının cavabdehiyini qaz paylayıcısı olan "Cavabdeh" İB daşıyır. Sayğac istismara yarasız vəziyyətə gətırilmişdirsə əgər istehlakçı kimi onun təqsiri qanunvericilikdə müəyyən edilmiş qaydada subut edilmədiyindən qaz sayğacında aşkar edilən hər hansısa nasazlığa görə istehlakçı barəsində tədbir gorulə bilməz. Cavabdehin birtərəfli şəkildə cərimə yazlması və sayğacın dəyərinin ödənilməsini ondan tələb edilməsi qanunsuz olmuşdur.Ona görə də hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında əsassız hesablanmış məbləğ silinməlidir.İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi ərizədə məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G4 markalı 10318537 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” tipli G4 markalı **********5 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin xx xxxx 2019-cu il tarixli, MSK 29/1710- 01440-2 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu müəyyən edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun yenisi ilə əvəzlənməsi və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmişCavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, Nizami küçəsində yerləşən evində G4 markalı 10318537 nömrəli sayğacın qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 orta günlük iş rejimi 6 saat və hesab müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 orta günlük iş rejimi 18 saat və hesab müddəti 90 gün, Q.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 orta günlük iş rejimi 8 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4644 m3 müəyyən edilərək onun dəyəri olan 464.40 manat məbləğdə ziyan (4644 m3 x 0.10 man = 464.40 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus ünvan 2 ünvanında yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G4 markalı 10318537 nömrəli qaz saygacı Cavabdeh Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə “Zenner” tipli G4 markalı **********5 nömrəli qaz saygacı quraşdırılmışdır. Bundan başqa sayğacın sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması göstərilən sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğunun aşkar olunması qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğunun aşkar olunması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğunun aşkar olunması” özü-özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən deşilməsi və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, ******* nömrəli, xx xxxxxx 2019-cu il il tarixli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 464.40 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 464.40 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1626/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1626/2020
24.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver