Məhkəmə qərarları › İş №2(075)-1643/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1643/2021

06.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1643/2021 06.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, Ərizəçi4 və Ərizəçi8 iştirakları ilə Ərizəçilər Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, X21, Ərizəçi4 və Ərizəçi8 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, X21, Ərizəçi4 və Ərizəçi8 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 1547, kod 40400028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda göstərilən torpaq sahəsinin payına münasibətdə Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, mərhum X14, Ərizəçi7, X21, Ərizəçi4 və Ərizəçi8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişləe Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər ərizəçi X21 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Odur ki, məhkəmə ərizəçi X10 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi6 ərizəni müdafiə edərək bildirdi ki, Şəki rayonu Aqrar İslahatı Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə ailələrinə 3.53 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmış, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən JN:1547 saylı, kod 40400028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” hazırlanmış və təhvil verilmişdir. X1 vəfat etmişdir. Onlar mülkiyyət sənədini iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsələr də, həmin sənəddə ailə üzvlərinin adı texniki olaraq səhv göstərildiyindən onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, Ərizəçi4 və Ərizəçi8 ayrı-ayrılıqda Ərizəçi6 verdiyi izahatla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, X21, Ərizəçi4 və Ərizəçi8 tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçilərin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X18 göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Ərizəçi və onun ailə üzvlərini yaxından tanıyır. Ərizəçi6 Ərizəçi1 ilə ailə qurmuşdur. Onların İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, X14, Ərizəçi7, X21, Ərizəçi4 və Ərizəçi8 uşaqları doğulmuşdur. X14 2007-ci ildə vəfat etmiş, o, yas və dəfn mərasimində iştirak etmişdir. Onların “Məhsəd” adlı uşaqları olmamışdır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X22 digər şahid X8 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:1547 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Kiçik Dəhnə kənd sakinləri X15, X19, X11, Ərizəçi2 Səfayıl qızı, X12, X9, X4, X16, X17 və Ərizəçi8 Səfayıl qızına 3.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1953-cü il təvəllüdlü X5 anası X2r. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1952-ci il təvəllüdlü X6 atası Məhəmməd Nəbiyev, anası Əzizə Nəbiyevadır. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi6 ilə X6 arasında 28 oktyabr 1975-ci il tarixdə bağlanmış nikah 11 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü X13, xx xxxxx 1978-ci il təvəllüdlü Ərizəçi2, xx xxxxxx 1980cı il təvəllüdlü Ərizəçi3, xx xxxx 1984-cü il təvəllüdlü Ərizəçi7, 07 avqust 1986-cı il təvəllüdlü X21, xx xxxx 1989-cu il təvəllüdlü Ərizəçi4, xx xxxxxx 1995-ci il təvəllüdlü Ərizəçi8 ataları Ərizəçi6, anaları Ərizəçi1 Məmməd qızıdır. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X3 arasında 29 mart 2016-cı il tarixdə bağlanmış nikah 16 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İslamov, arvada İslamova soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 ilə Ərizəçi2 arasında 24 dekabr 2003-cü il tarixdə bağlanmış nikah 29 nömrə ilə qeydiyyata alınmışdır. Ərə İdrisov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 10 iyul 1982-ci il təvəllüdlü X7 atası Ərizəçi6, anası isə Ərizəçi1 Məmməd qızıdır. İşdə olan ölüm haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən ki, Osmanova (Hüseynova) Ülviyə Səfail qızı 28 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, **********90 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onların tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Kiçik Dəhnə kənd sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 3.53 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:1547 saylı, kod 40400028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7 (Qızqayıt) Səfail qızı, X21, Ərizəçi4, Ərizəçi8 və mərhum Hüseynova (Osmanova) Ülviyə Səfail qızına paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 24 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Kiçik Dəhnə kənd sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 3.53 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:1547 saylı, kod 40400028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın Ərizəçi6, Ərizəçi1, İslamova (Hüseynova) Qəriybə Səfail qızı, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7 (Qızqayıt) Səfail qızı, X21, Ərizəçi4, Ərizəçi8 və mərhum Hüseynova (Osmanova) Ülviyə Səfail qızına paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar