Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1659/2020 23.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən cavabdeh tərəfindən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx xxxxxxx 2020-ci il tarixdə iş üzrə hazırlıq iclası keçirilmiş, mülki işin baxış iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2 ayrı-ayrılıqda çıxış edərək iddianı müdafiə etdiklərini bildirdilər. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırkı tələb iddiaçı tərəfindən 2019-cu il tarixdə irəli sürülmüş, məhkəmə tərəfindən baxılaraq iddia qismən təmin edilmiş və qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Mülki proses tərəflərini dinləyərək, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “ona və ailə üzvlərinə məxsus Şəki şəhər 125-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh tərəfindən 0.50 sm enində 16 m uzunluğunda bünövrə qazaraq beton töküb bərkitmə işi aparması, ona məxsus torpaq sahəsi ilə heç bir ara məsafəsi saxlamadan sərhəddə qeyri-qanuni inşa etdirdiyi yaşayış evinin sökülməsi, yolun hərəkət hissəsində qeyri-qanuni zəbt etmiş ərazidəki altıaçığın sökülməsi, bura döşənmiş beton piltələrin sökülməsi və hərəkət hissəyə aid yola əkilmiş ağacların təmizlənməsi” tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış üzrə mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən aparılmış tikinti-bərkitmə (beton) işlərinin sökülməsi qət edilmişdir. Qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1011/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1011/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Göstərilən hаllаr nəzərə аlınаrаq işin icrааtınа xitаm verilməli, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsının MPM-nin 261.0.2, 263-264, 266-268-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icrааtınа xitаm verilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərаrdаddаn, surəti rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1659/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1659/2020
23.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver