Məhkəmə qərarları › İş №2(075)-167/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-167/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-167/2022 11.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “dövlət aktının payına münasibətdə mərhum arvadına məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şəki rayonu Fazil kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,16 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40405028, JN-0004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə mərhum həyat yoldaşı X7 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əliəşrəf oğlu izahat verərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən ona, həyat yoldaşı X7 və digər ailə üzvlərinə birlikdə Şəki rayonu Fazil kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,16 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40405028, JN-0004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun arvadı X2 səhv yazılmışdır. Yəni onun soyadı "Məmmədova” əvəzinə mexaniki olaraq səhvən “Əyyubova” kimi göstərilmişdir. Belə ki, onlar nikaha girərkən arvadı onun soyadını götürməmiş, elə öz soyadında qalmışdır. Yəni həyat yoldaşı onunla rəsmi qaydada nikah bağlasa da, nikah bağlayarkən soyadını dəyişməmişdir. Lakin Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarı ilə onlara torpaq payı verilərkən həyat yoldaşının soyadını onun soyadı kimi yəni, “Əyyubova” kimi qeyd etmişlər. Həyat yoldaşı 16 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. O, qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki regioanl “ASAN Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçiin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0004, KOD 40405028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən X13, Ərizəçi, X14, X9, X8 cizgidə göstərilən sərhəd daxilində 2,16 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 07 iyul 1992-ci il tarixli V-JQ 489998 seriya nömrəli X17 şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1966-cı il təvəllüdlü Ərizəçi ilə 01 aprel 1974-cü il təvəllüdlü X10 07 iyul 1992-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikahdan sonra ərə Əyyubov arvada Məmmədova soy adı verilmişdir. İşdə olan 29 aprel 1974-cü il tarixli İİ-JQ 374375 seriya nömrəli X12 təsdiq olunmuş surətindən görünür ki, 01 aprel 1974-cü il təvəllüdlü X5 atası X11, anası X15r. İşdə olan 09 yanvar 2013-cü il tarixli AZ-İ 514849 nömrəli X16 təsdiq edilmiş surətindən görünür ki, X10 16 dekabr 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan 02 noyabr 2021-ci il tarixdə Şəki şəhər İHB-nin İbrahimkənd İƏD üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş arayışdan görünür ki, mərhum həyat yoldaşı X10 ilə JN-0004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı qeyd olunan X14 həqiqətən eyni şəxs olması göstərilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 18.10.2021-ci il tarixli, **********12 saylı məktubunda görünür ki, Şəki rayonu, Fazil kəndində yerləşən 2.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 13.10.2021-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciəti ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdiyi kod 40405028, JN-0004 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüququ sahibi olan Ərizəçir ata adının, X6, X5 və X1 səhv qeyd olunduğu müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən ona, həyat yoldaşı X7 və digər ailə üzvlərinə birlikdə Şəki rayonu Fazil kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,16 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-0004, KOD 40405028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0004, KOD 40405028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X2 “Məmmədova” əvəzinə “Əyyubova” kimi göstərilmişdir. Əslində isə, JN- 0004, KOD 40405028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X3 yazılmış şəxs X10 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə mərhum X7 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən verilmiş JN-0004, KOD 40405028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə mərhum X7 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən verilmiş JN-0004, KOD 40405028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə mərhum X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100 ( bir yüz) manat rüsumu Ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar