Məhkəmə qərarları › İş №2(075)-1699/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1699/2020

25.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1699/2020 25.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 160 manat borcun enerji hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən ona məxsus evdən təqribən 10 metr aralıda elektrik sayğacı quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə işıq nəzarətçisi “Pərviz” adlı şəxs elektrik enerjisinin sərfiyyatına dair hesab-bildiriş vermək üçün onlara gəlmişdir. Həmin şəxs oğlunu çağıraraq sayğacın işləmədiyini, sayğacın göstəricisində rəqəmlərin görünmədiyini, bu səbəbdən də onlara hesab-bildiriş verə bilməyəcəyini bildirmişdir. Eyni zamanda elektrik sayğacının nasazlığı barədə Şəki EŞ-nə xəbər vermələrini məsləhət bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, poçt rabitəsi vasitəsi ilə elektrik sayğacının işləməməsi və sayğacın rəqəmlərinin görünməməsi barədə Şəki EŞ-nə məktub göndərmişdir. Bundan başqa həmin gün saat 11:00 radələrində “Şimal-Qərb” RETSİ-nin X1 və Bərpası Bölməsinin əməkdaşları tərəfindən EEİQ-na uyğun olaraq sayğaca baxış keçirən zaman sayğacın göstəricisinin oxunmadığı halı aşkar olunaraq 184893 nömrəli akt tərtib edilmişdir. Bundan sonra əməkdaşlar tərəfindən sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə xx xxxxxxx 2020-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokolun “yoxlama zamanı aşkar olunan qüsurlar” bölməsində qeyd edilmişdir ki, “termiki qızma nəticəsində sayğacın giriş yuvaları yanıb, daxili sxemdə naqillər bitişib, sayğac yüksüz rejimdə 180 A göstərir”. Göründüyü kimi savğacdakı nasazlıq nə onun, nə də ki, ailə üzvlərinin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə nəzarətçi ona zəng vuraraq, enerji sərfiyyatına görə 160 manat borcunun olduğunu bildirmişdir. O, buna inanmamış, borcunu terminalda yoxladıqda enerji hesabında 160 manat borc yazıldığını görmüşdür. Nəzarətçi əvvəl sayğacın göstəricisinin oxunmadığını, rəqəmlərin görsənmədiyini və bu səbəbdən də hesab-bildiriş verə bilməyəcəyini bildirdiyi halda 160 manat borcun hesabına necə yazıla bilərdi. Bundan başqa onun enerji sərfiyyatına görə heç vaxt borcu olmamış, hər ay sayğacın göstəricisinə uyğun olaraq sərf etdiyi enerjiyə görə 15-25 manat civarında ödənişlər etmişdir. Özü də ailəsi ilə birlikdə hər gün axşama kimi sahədə təsərrüfat işləri ilə məşğul olur. Heç televizora baxmağa da vaxtı olmur. Evdə yalnız enerji işləyən soyuducudur, bir də evdə işıq yandırırlar. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, Şəki rayonu Baş Göynük kəndində yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında onun adına olmaqla **********01684 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları X.Abdullayev, X.Hacıbabayev və V.Cəlilov tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının göstəricisinin oxunmadığı aşkar edilmiş və “X2 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı baxış akt tərtib olunmuşdur. Tərtib olunmuş baxış aktının bir nüsxəsi imzalanmaqla İddiaçı verilmiş və akta əsasən xx xxxxxxxx 2020-ci il tarixdə Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş, sayğac yeni smart tipli PAUD-MP106 elektrik sayğacı ilə əvəz edilərək möhürlənmişdir. Bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və tərtib olunmuş protokolu iddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş protokolda iddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə elektrik sayğacının laboratoriya yoxlanmasında iştirak etməsi bildirilmişdir. Laboratoriyanın xx xxxxxxx 2020-ci il tarixli, 195037 saylı protokolu ilə elektrik sayğacının texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda, 2013-cü ilin noyabr ayından 2020-ci ilin sentyabr ayının 12-nə qədər olan dövrlər üzrə görünür ki, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri toplamda 995.76 manat olmuş və o, bu müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərinin cəmi 835.00 manatını ödəmişdir. Buradan açıq aydın görünür ki, qeyd olunan dövrlər üzrə iddiaçının xx xxxxxxxx 2020-ci il tarixə istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş 160.76 manat (995.76-835.00=160.76) qalıq borcu olmuşdur. Yuxarda qeyd olunlara əsasən iddiaçının heç bir əsassız və qanunsuz borcu yaranmamış və yaranmış borc iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixə iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə qalıq borcu 132.76 manatdır. Bütün bunları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********01684 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, Akt R seriyalı, 184893 nömrəli aktdan görünür ki, İddiaçı sayğacın göstəricisinin oxunmadığı aşkar edilmişdir. Aktın doğruluğunu abonent İddiaçı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan abonent İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, R184893 saylı akta əsasən sayğacın yeni smart tipli PAUD-MP106 elektrik sayğacı ilə əvəz edilərək möhürləndiyi göstərilmişdir. İş materiallarında olan abonent İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 195037 nömrəli sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında protokoldan görünür ki, elektrik sayğacının texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. İş materiallarında olan Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü ildən xx xxxxxxx 2020-ci ilədək olan abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı xx xxxxxxxx 2020-ci il tarixə istifadə etdiyi 995.76 manat elektrik enerjisindən 835.00 manat ödəmiş, ödənilməmiş 160.76 manat qalıq borcu olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na xx xxxxxx 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin “Qaydaların” 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin “Qaydaların” 8.15-ci maddəsinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin “Qaydaların” 8.26-cı bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Həmin “Qaydaların” 8.28-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarında tədqiq edilən sübutlarda İddiaçı yaşadığı Şəki rayonu Baş Göynük kəndində yerləşən mənzildə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək akt tərtib edilmiş, laboratoriya tərəfindən sayğacın texniki qızma nəticəsində giriş yuvalarının yandığı, daxili sxemdə naqillərin birləşdiyi və sayğacın yüksüz rejimdə 180 A yük göstərdiyi barədə rəy verilmişdir. Şimal- Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə əsasən xx xxxxxx 2020-ci il tarixli, R184893 saylı akta əsasən heç bir hesablama aparılmamış və həmin akt baxış aktı kimi qeydə alınmışdır. Göründüyü kimi akt əsasında heç bir hesabat aparılmamış, iddia ərizəsində qeyd edilən borc onun istifadə etdiyi elektrik enerjisindən ödənilməmiş borcu olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən əsassız olaraq hesablanmış 160 manat borcun enerji hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar