Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1712/2021 02.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi və Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN: 0017 KOD 40408038 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının onların, yəni Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 42 nömrəli qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 3.23 ha torpaq sahəsi verilmiş və 2 oktyabr 1999-cu il tarixli JN: 0017 kod 40408038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Həmin aktda mülkiyyətçi olaraq onun, həyat yoldaşı X2, Ərizəçi2, X5, X8 və X6 adları qeyd olunmuşdur. Sözügedən 3.23 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İcarəsinə də müraciət etmişlər. Sözügedən qurum 2 iyul 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, vətəndaşların sənəddə göstərilən ad, soyad və ata adlarının Ərizəçi1, X7, Ərizəçi2, X10, X14 və X12 olmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş kod 40408038, JN-0017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 Mövlud oğlu və X11 olmaqla ata adı və soyadda səhv qeyd edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Həmin aktda yalnız onların adları səhv qeyd olunmuşdur. Belə ki, onun, yəni Ərizəçi1 əvəzinə Ərizəçi1 Mövlud oğlu, Ərizəçi2 əvəzinə X1 qeyd olunmuşdur. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün JN: 0017 KOD 40408038 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. İşdə olan KOD 40408038 JN-0017 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, X22 Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarı ilə Ərizəçi1 Mövlüd oğlu, X7, X11, X10, X14 və X9 3,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Vİİ-JQ 441946 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1982-ci il təvəllüdlü Ərizəçi2 atası Ərizəçi1, anası isə X4r. İşdə olan AZ-T 139685 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 10 avqust 1948-ci il təvəllüdlü Ərizəçi1 atası X15, anası isə X3r. İşdə olan Şəki şəhər İHB-nın Baş Kəldək kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.07.2021-ci il tarixli, 178 nömrəli arayışdan görünür ki, Oraban kənd sakini Ərizəçi1 məxsus kod 40408038, JN-0017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş Ərizəçi1 Mövlüd oğlu-Ərizəçi1dur, X11-Ərizəçi2dur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının X22 Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş JN-0017 KOD 40408038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Ərizəçi1 Mövlüd oğlu, X7, X11, X10, X14 və X9 3,23 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi1 səhvən Ərizəçi1 Mövlüd oğlu kimi, Ərizəçi2 isə səhvən X1 yazılmışdır. Əslində isə, JN-0017 KOD 40408038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı Ərizəçi1 Mövlüd oğlu kimi yazılmış şəxs Ərizəçi1 ilə, X1 yazılmış şəxs Ərizəçi2 ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə Kərimov Ərizəçi1 və Ərizəçi2 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X22 Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş JN-0017 KOD 40408038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. X22 Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarı ilə verilmiş JN-0017 KOD 40408038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1712/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1712/2021
02.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver