Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1744/2021 18.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun adından Şəki 1 saylı Dövlət Notariat Kontorunun 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1235 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edərək, ona məxsus obyektinin özünə qaytarılması və bu vaxta qədər ona dəyən maddi ziyanın araşdırılıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 18 avqust 2021-ci il tarixə saat 09:00-a təyin edilmişdir. Bu gün, yəni 18 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, onun Şəki-Bazar ASC-nin sədri Cavabdeh qarşı verdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı hazırki iddia ərizəsinin geri qaytarılması xahiş edir. Cavabdeh Cəmaləddin oğlu isə 17 avqust 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1744/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1744/2021
18.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver