Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1748/2021 06.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.07.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN Paltaryuyan üçün 1029.6 (min iyirmi doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 188.4 (yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə, 31.07.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN Kombi üçün 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə, ümumilikdə 2910 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Lakin "xxxx" MMCnin baş direktoru İsrafilzadə H.F. 03 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 29.07.2020-ci il və 31.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Paltaryuyan, HOFFMANN Kombi almış və nəticədə 2910 (iki min doqquz yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1029.6 (min iyirmi doqquz manat altmış qəpik) manat (18 ay x 57.2 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN paltaryuyan üçün ümumilikdə, 1218 (min iki yüz on səkkiz) manat olmaqla ondan, 1029.6 (min iyirmi doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 188.4 (yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə, 31.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1501 (min beş yüz bir) manat (24 ay x 62 manat + 13 manat ilkin ödəniş) olan HOFFMANN kombi üçün ümumilikdə, 1692 (min altı yüz doxsan iki) manat olmaqla ondan, 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 13 manat təşkil edir. Buna görə də "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işdə olan 29.07.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 1029,6 manat olan HOFFMANN paltaryuyan Cavabdeh satılmışdır. Mülki işdə olan 31.07.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 1501 manat olan HOFFMANN kombi Cavabdeh satılmışdır. İşdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki cavabdeh, "xxxx" MMC ilə 29.07.2020-ci il və 31.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Paltaryuyan, HOFFMANN Kombi almış və nəticədə 2910 (iki min doqquz yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1029.6 (min iyirmi doqquz manat altmış qəpik) manat (18 ay x 57.2 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN paltaryuyan üçün ümumilikdə, 1218 (min iki yüz on səkkiz) manat olmaqla ondan, 1029.6 (min iyirmi doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 188.4 (yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə, 31.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1501 (min beş yüz bir) manat (24 ay x 62 manat + 13 manat ilkin ödəniş) olan HOFFMANN kombi üçün ümumilikdə, 1692 (min altı yüz doxsan iki) manat olmaqla ondan, 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 204 (iki yüz dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 13 manat təşkil edir. Cavabdeh tərəfindən müqavilə öhdəliyinə əməl edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu pulu azaldıla bilər. İddiaçı "xxxx" MMC-nin hazırkı iddia tələbinin 188,4 manat və 204 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək, HOFFMANN paltaryuyanı, HOFFMANN kombini Cavabdeh verilməsinə baxmayaraq Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC ödənilməmiş borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. İsmayılova Cavabdeh 29.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN paltaryuyan üçün 1029,6 manat ödənilməmiş hissə, 50 manat dəbbə, cəmi 1079,6 manat; 31.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kombi üçün 1488 manat ödənilməmiş hissə, 100 manat dəbbə, cəmi 1588 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 188,4 manat cərimə tələbinin 138,4 manatına və 204 manat cərimə tələbinin 104 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN paltaryuyan üçün 1029,6 manat ödənilməmiş hissə, 50 manat dəbbə, cəmi 1079,6 manat; 31.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kombi üçün 1488 manat ödənilməmiş hissə, 100 manat dəbbə, cəmi 1588 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMCnin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1748/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1748/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver