Məhkəmə qərarları › İş №2(075)-175/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-175/2022

13.01.2022 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-175/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2,196.46 (iki min yüz doxsan altı) manat 46 qəpik, 04 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 104.92 (yüz dörd) manat 92 qəpik, cəmi 2301.38 (iki min üç yüz bir) manat 38 qəpik kredit borcun və ödənilmiş 43.01 (qırx üç) manat 01 qəpik məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2020-ci il tarixli, 1** MF ***2766 № -İi kredit müqaviləsinə əsasən ona illik iyirmi iki faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Sizə kredit 18 (on səkkiz) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bilməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh Binvamin oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 2,196.46 (iki min yüz doxsan altı) manat, 46 qəpik, 04 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 104.92 (yüz dörd manat) 92 qəpik, cəmi 2301.38 (iki min üç yüz bir) manat 38 qəpik məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Həmin müqavilənin 3.1.5-ci bəndinin tələbinə görə Borcalan davam edən 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Kredit üzrə borc axırıncı dəfə 09.09.2021-ci il tarixdə 540 manat məbləğində ödənilmişdir. İddiaçı ASC nümayəndəsi X1 məhkəməyə elektron qaydada göndərdiyi ərizələrdə nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.02.2021-ci il tarixli Güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 18 ay müddətinə, illik 20% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 04 yanvar 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə "AFB Bank” ASC arasında bağlanmış 08.08.2020-ci il tarixli 1** MF ***2766 nömrəli müqaviləsinə əsasən 04.11.2021-ci il tarixə "AFB Bank” ASC-yə 2,196,46 manat əsas və 104,92 manat faiz borcu vardır. İşdə olan 08.01.2020-ci il - 29.11.2020-ci il tarix aralığına olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı dəfə 26.11.2020-ci il tarixdə 86,77 manat məbləğində ödəniş etmişdir. İşdə olan 30.11.2020-ci il - 15.11.2021-ci il tarix aralığına olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı dəfə 09.08.2021-ci il tarixdə 337,04 manat məbləğində ödəniş etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "AFB Bank” ASC arasında bağlanmış 08.01.2020-ci il tarixli 1** MF ***2766 nömrəli Kredit müqaviləsinə əsasən bank cavabdehə 18 ay müddətinə, illik 20% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli 1** MF ***2766 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2196,46 manat məbləğində əsas borc, 104,92 manat məbləğində faiz borcu, cəmi 2301,38 manat məbləğində borc və 43,01 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli, 1** MF ***2766 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2196,46 manat məbləğində əsas borc, 104,92 manat məbləğində faiz borcu, cəmi 2301,38 manat məbləğində borc və 43,01 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar