Məhkəmə qərarları › İş №2(075)-1752/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1752/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1752/2021 16.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı telefon üçün 301.00 manat ödənilməmiş hissə, 90.00 manat dəbbə; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP notebook üçün 1681.00 manat ödənilməmiş hissə, 468.00 manat dəbbə olmaqla, ümumilikdə 2540 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" MMC məhkəməyə 15 sentyabr 2021-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 20 dekabr 2019-cu il tarixli, 01142319 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 361.2 manat olan İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 30.1 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 20 dekabr 2019-cu il tarixli, 01142197 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 2197.9 manat olan HP notebook əldə etmiş, borc məbləğini 19 ay müddətinə ödəməyi (19 ay X 104.1 manat + 220 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı telefon üçün 301.00 manat ödənilməmiş hissə, 90.00 manat dəbbə; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP notebook üçün 1681.00 manat ödənilməmiş hissə, 468.00 manat dəbbə olmaqla, ümumilikdə 2540 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 577.1 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, 01142319 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 361.2 manat olan İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı 01 ədəd mobil telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 30.1 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, 01142197 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 2197.9 manat olan HP notebook əldə etmiş, borc məbləğini 19 ay müddətinə ödəməyi (19 ay X 104.1 manat + 220 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəllərinin surətlərindən görünür ki, Cavabdeh götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə müvafiq olaraq 12 ay və 19 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 20 dekabr 2019-cu il tarixli, 01142319 saylı və 20 dekabr 2019-cu il tarixli, 01142197 saylı müqaviləyə əsasən, cavabdeh məişət avadanlıqları əldə etmiş, borc məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafikləri üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 16 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 20 dekabr 2019-cu il tarixli, 01142319 saylı müqaviləyə əsasən 301.00 manat ödənilməmiş hissə, 90.00 manat dəbbə borcu, həmçinin 20 dekabr 2019-cu il tarixli, 01142197 saylı müqaviləyə əsasən 1681.00 manat ödənilməmiş hissə, 468.00 manat dəbbə borcu olmaqla, cəmi 2540 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 577.1 manat təşkil edir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 20 dekabr 2019-cu il tarixli, 01142319 saylı müqavilə üzrə 90.00 manat və 20 dekabr 2019-cu il tarixli, 01142197 saylı müqavilə üzrə 468.00 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı telefon üçün 301.00 manat ödənilməmiş hissə, 20.00 manat dəbbə; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP notebook üçün 1681.00 manat ödənilməmiş hissə, 50.00 manat dəbbə olmaqla, ümumilikdə 2052.00 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********41483 olan Samsung Galaxy A10 markalı telefon üçün 301.00 manat ödənilməmiş hissə, 20.00 manat dəbbə; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP notebook üçün 1681.00 manat ödənilməmiş hissə, 50.00 manat dəbbə olmaqla, ümumilikdə 2052.00 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar