Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1762/2021 16.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 221, KOD 40400018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının X1 və X11 paylarına münasibətdə onlara məxsus olması, həmçinin JN-114B, KOD 40410018 və JN-114A, KOD 40410018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin payına münasibətdə X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 1.92 ha pay torpaq sahəsinin verilməsi barədə JN-221 saylı, kod 40410018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın payına münasibətdə X2, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.07 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114A nömrəli (kod ********) və Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.21 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114B nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»lərin paylarına münasibətdə X15 və X2 məxsus olması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X20 onun mərhum həyat yoldaşıdır. Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən onların ailələrinə 1.92 ha pay torpaq sahəsi verilmiş, JN-221 saylı, kod 40410018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” işlənib hazırlanmışdır. Həmçinin, Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən onların ailələrinə 0.07 ha və 0.21 ha pay torpaq sahələri verilmiş, bu barədə JN:114A nömrəli (kod ********) və JN:114B nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»lər işlənib hazırlanmışdır. Həyat yoldaşı X20 04 yanvar 2021-ci il tarixdə, qayınatası X16 21 fevral 2006-cı il tarixdə və qayınanası X5 12 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. O, mərhum ərindən qalmış mirası qəbul etmiş, bu barədə vərəsəlik işi açılmışdır. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi qayınatası X16, qayınanası X5 və həyat yoldaşı X8 qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi mülkiyyət sənədlərində hüquq sahibinin adının və ata adının səhv qeyd olunduğu müəyyən etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi 30 avqust 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi təxminən 15-20 il əvvəl onların qonşuluğuna gəlin köçmüşdür. Onun qayınanası X5 ilə birlikdə işləmişdir. Ərizəçinin həyat yoldaşı X20 məktəbdə ondan bir sinif aşağı oxumuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin həyat yoldaşı X20 ilə məktəbdə bir sinifdə oxumuşdur. Ərizəçinin qayınanası X5 isə onların məktəbində xadimə işləmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: JN:221 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinləri X16, X9 və X15 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN:114A nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinləri X16, X3 və X17 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN:114B nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinləri X16, X3 və X17 0.21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, 10 avqust 1962-ci il təvəllüdlü X13 atası X16, anası isə X4r. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 və X14 arasında 06 oktyabr 2006-cı il tarixdə bağlanmış nikah 14 nömrə ilə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 21 fevral 2006-cı il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 12 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 04 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, **********75 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 03 avqust 2021-ci il tarixdə verilmiş qərardan görünür ki, (Qarayeva) X7 qayınatası X16, qayınanası X5 və həyat yoldaşı X8 qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 1.92 ha pay torpaq sahəsinin verilməsi barədə JN-221 saylı, kod 40410018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın payına münasibətdə X2, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.07 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114A nömrəli (kod ********) və Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.21 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114B nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»lərin paylarına münasibətdə X15 və X2 məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 1.92 ha pay torpaq sahəsinin verilməsi barədə JN-221 saylı, kod 40410018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın payına münasibətdə X2, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.07 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114A nömrəli (kod ********) və Şəki rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 58 nömrəli qərarına əsasən Şəki rayonu Daşüz kənd sakinlərinə 0.21 ha pay torpaq sahəsinin verilməsi barədə JN:114B nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»lərin paylarına münasibətdə X15 və X2 məxsus olması faktları müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1762/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1762/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver