Məhkəmə qərarları › İş №2(075)-1766/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1766/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1766/2021 09.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 16.07.2020-ci il tarixli müqavilə üzrə Samsung Led markalı televizor və soyuducu üçün 1080 (bir min səksən) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat dəbbə pulu, 27.07.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1587,6 (bir min beş yüz səksən yeddi manat, 60 qəpik) manat ödənilməmiş hissə, 316,4 (üç yüz on altı manat, 40 qəpik) ümumilikdə 3031 ( üç min otuz bir) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3061 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Lakin "xxxx" MMCnin baş direktoru İsrafilzadə H.F. 08 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.07.2020-ci il və 27.01.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led markalı televizor və soyuducu və Samsung markalı soyuducu almış və nəticədə 3031 (üç min otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin, pozmuş və nəticədə 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2858,4 (iki min səkkiz yüz əlli səkkiz manat, 40 qəpik) manat (18 ay x 158, 8 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor və soyuducu üçün üçün ümumilikdə 1127 ( bir min yüz iyirmi yeddi) manat olmaqla, ondan, 1080 (min səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 (qırx yeddi) manat dəbbə pulu miqdarında borcu yaranmışdır. 27.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1587, 6 (bir min beş yüz səksən yeddi manat, 60 qəpik) manat (18 ay x 88,2 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 1904 ( bir min doqquz yüz dörd) manat olmaqla, ondan, 1587, 6 (bir min beş yüz səksən yeddi manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 316, 4 (üç yüz on altı manat, 40 qəpik)) manat dəbbə pulu miqdarında borcu yaranmışdır.Cavabdehin 16.07.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulu qaytarıldıqdan sonra qoyulan qiyməti 1778,4 manat, ümumilikdə 1778,4 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Buna görə də "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işdə olan 16.07.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 2858,4 manat olan Samsung Led markalı televizor və soyuducu Cavabdeh satılmışdır. Mülki işdə olan 27.07.2021-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən dəyəri 1587,6 manat olan Samsung markalı soyuducu Cavabdeh satılmışdır. İşdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki cavabdeh, "xxxx" MMC ilə 16.07.2020-ci il və 27.01.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led markalı televizor və soyuducu və Samsung markalı soyuducu almış və nəticədə 3031 (üç min otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin, pozmuş və nəticədə 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2858,4 (iki min səkkiz yüz əlli səkkiz manat, 40 qəpik) manat (18 ay x 158, 8 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led markalı televizor və soyuducu üçün üçün ümumilikdə 1127 ( bir min yüz iyirmi yeddi) manat olmaqla, ondan, 1080 (min səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 (qırx yeddi) manat dəbbə pulu miqdarında borcu yaranmışdır. 27.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1587, 6 (bir min beş yüz səksən yeddi manat, 60 qəpik) manat (18 ay x 88,2 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 1904 ( bir min doqquz yüz dörd) manat olmaqla, ondan, 1587, 6 (bir min beş yüz səksən yeddi manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 316, 4 (üç yüz on altı manat, 40 qəpik)) manat dəbbə pulu miqdarında borcu yaranmışdır.Cavabdehin 16.07.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsulu qaytarıldıqdan sonra qoyulan qiyməti 1778,4 manat, ümumilikdə 1778,4 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir.. Cavabdeh tərəfindən müqavilə öhdəliyinə əməl edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu pulu azaldıla bilər. İddiaçı "xxxx" MMC-nin hazırkı iddia tələbinin 316,4 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək, Samsung Led televizoru, soyuducunu Cavabdeh verilməsinə baxmayaraq Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC ödənilməmiş borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.07.2020-ci il tarixli müqavilə üzrə Samsung Led markalı televizor və soyuducu üçün 1080 manat ödənilməmiş hissə, 47 manat dəbbə pulu, 27.07.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1587,6 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, ümumilikdə 2764,6 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 316,4 manat cərimə tələbinin 266,4 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16.07.2020-ci il tarixli müqavilə üzrə Samsung Led markalı televizor və soyuducu üçün 1080 manat ödənilməmiş hissə, 47 manat dəbbə pulu, 27.07.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı soyuducu üçün 1587,6 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, ümumilikdə 2764,6 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar