Məhkəmə qərarları › İş №2(075)-177/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-177/2022

14.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-177/2022 14.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “dövlət aktının payına münasibətdə şəxsə məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 11 3 , KOD 40412028 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının və həmin akt əsasında verilmiş 30.11.2016-cı il tarixli ******* saylı reyestr çıxarışının X12 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərmişdir ki, atası X17 1922-ci il tarixdə Oğuz rayonunun Baş Daşağı kəndində anadan olmuş və anası X14 ilə rəsmi nikaha daxil olmuşdur. Atası 01.06.2001-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalan əmlakı anası və onlar digər vərəsələri qəbul etmişlər. Bu barədə DƏDRX-dən 30.11.2016-cı il tarixli ******* saylı çıxarış əldə etmişlər. Sonradan o həmin mülkü öz adına rəsmiləşdirmək üçün Maraqlı şəxs2nə müraciət etmişdir. Maraqlı şəxs2ndən bildirilmişdir ki, miras qoyan şəxsin adına olan mülkiyyət hüququna dair sənəddə ata adı “Alxas” deyil, “Soltan” kimi səhv qeyd olunduğundan vərəsəlik hüququna dair şəhadətnamə verilməsi mümkün deyil. Bildirmişdir ki, uyğunsuzluğa səbəb olan isə ondan ibarətdir ki, JN 113, KOD 4041202N saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1-ci qrafasında, eyni zamanda 30.11.2016-cı il tarixli ******* saylı reyestr çıxarışında hüquq sahibləri bölməsinin 2-ci qrafasında atası X6 atasının adı səhvən “Soltan” qeyd olunmuşdur. Eyni zamanda uyğunzuluğun aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövləl Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişlər. Lakin oradan da həmin uyğunsuzluğun aradan qaldırılmasının imkanları xaricində olması qeyd olunmuş və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Mövcud problemi başqa cür həll edə bilməyəcəyi üçün sənədin atasına məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin hallarından göründüyü kimi o həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmiş və buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki regioanl Maraqlı şəxs2tariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-113, KOD 40412028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən Şəki rayonu Qozlubulaq kəndində X15, X14 və X7 cizgidə göstərilən sərhəd daxilində 5,51 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 30 noyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Qozbulaq kəndində yerləşən ümumi ölçüsü 5.0 ha olan torpaq sahəsi X14, X15 və X3 xüsusi mülkiyyətindədir. İşdə olan 22 oktyabr 1962-ci il tarixli AZ 287856 seriya nömrəli X5 təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi atası X17, anası X8r. İşdə olan 04 iyul 2001-ci il tarixli AZ 125956 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 01 iyun 2001-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs2 30 iyun 2021-ci il tarixli, 2231 nömrəli məktubundan görünür ki, 01.07.2001-ci il tarixdə vəfat etmiş X9 vərəsiləri: oğlu Ərizəçi İsamayıl oğlu, arvadı X16, qızı X10, qızı X2, X11r. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 17 iyul 2021ci il tarixdə ünvanlanmış **********03 saylı məktubdan görünür ki, Şəki rayonu, Qozbulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 05.07.2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri **********08 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan X4 ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. İşdə olan Şəki şəhər İHB Cəyirli kənd nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli 188 nömrəli arayışdan görünür ki, mərhum X17 Daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan şəhadətnamədə göstərilən X15 ilə eyni adamdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən ərizəçiyə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu Qozbulaq kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 5,51 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN 113, KOD 4041202N saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN 113, KOD 4041202N saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında miras qoyan şəxsin X6 atasının adı Alxas əvəzinə Soltan kimi göstərilmişdir. Əslində isə, JN 113, KOD 4041202N saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında və onun əsasında verilmiş 30 noyabr 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda adı X1 yazılmış şəxs X17 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı payına münasibətdə X12 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən verilmiş JN-113, KOD 40412028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın və 30 noyabr 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış payına münasibətdə X12 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən verilmiş JN-113, KOD 40412028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ı və onun əsasında verilmiş 30 noyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış payına münasibətdə X12 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar