Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1774/2021 06.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 nömrəli qərarı əsasında 3,31 ha torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40400018, JN 367 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının payılarına münasibətdə onlara məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 48 nömrəli qərarı ilə onun, yəni X5, X46, X13, X9, X20 və X21 adlarına verilmiş 3,31 ha torpaq sahəsinə Şəki rayon Torpaq Şöbəsi tərəfindən 18 avqust 1998-ci il tarixli, KOD:40400018, JN:367 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Şəki rayon Böyük Dəhnə kəndində yerləşən 3,31 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 06.07.2021-ci il tarixdə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 17 iyul 2021-ci il tarixli məktubu ilə onlara bildirilmişdir ki, aparılan araşdırma zamanı təqdim etdikləri kod:40400028, JN 367 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən hüquq sahibinin adının və ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanların aidiyyəti təşkilat tərəfindən səhv və ya düz olmasını təsdiq edən müvafiq sənəd ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə ərizənizin icrasına qanunamüvafıq qaydada baxılacaqdır. KOD: 40400018, JN:367 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda Fatma adı səhvən "Fatimə" kimi, ata adı Namizad səhvən "Namizət" kimi yazılmışdır. Bundan başqa həmin dövlət aktında onun adı, yəni Rəfayıl adı səhvən "Rəfail" kimi yazılmışdır. Həmçinin övladlarının da ata adı Rəfayıl əvəzinə səhvən "Rəfail" kimi yazılmışdır. Buna görə də mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün KOD:40400018, JN:367 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 da Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbi əsaslıdır. İşdə olan KOD 40400018 JN-367 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, X50 Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarı ilə X48, X14, X24, X22, X32, X25 3,31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan AZ 087662 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1962-ci il təvəllüdlü Ərizəçi1 atası X16, anası isə X47r. İşdə olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 28 avqust 1966-cı il təvəllüdlü Ərizəçi2 atası X27, anası isə X23r. İşdə olan İİİ-JQ 344073 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında 29 sentyabr 1984-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. İşdə olan Xİİ-JQ 380443 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 25 fevral 1987-ci il təvəllüdlü X2 atası Ərizəçi1, anası isə Ərizəçi2dır. İşdə olan XİV-JQ 387816 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 19 fevral 1989-cu il təvəllüdlü X6 atası Ərizəçi1, anası isə Ərizəçi2 Namizəd qızıdır. İşdə olan XVİ-JQ 303105 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 02 iyul 1991-ci il təvəllüdlü X7 atası Ərizəçi1, anası isə Ərizəçi2 Namizəd qızıdır. İşdə olan AZ-İİ 433095 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X17 arasında 07 iyun 2021-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 318 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. İşdə olan 1294/12 saylı ölüm haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, X48 29 yanvar 2006-cı il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində ölmüşdür. İşdə olan Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli, 550 saylı arayışdan görünür ki, mərhum X46 adına verilmiş Torpağın Mülkiyyət Hüququna dair J№ 367-li Dövlət Aktında Ərizəçi1 adı səhvən X3 yazılmış, Ərizəçi2 adı və ata adı səhvən X8 yazılmış, Allahverdiyeva (Məmmədkərimova) Mehriban Rəfayıl qızının ata adı səhvən X4 yazılmış, X15 ata adı X11 yazılmış, X18 ata adı səhvən X12 yazılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının X50 Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarı ilə verilmiş JN- 367 KOD 40400018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X48, X14, X24, X22, X32, X25 3,31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-0487, KOD 40404018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi2 səhvən X8, Ərizəçi1 isə səhvən X1 yazılmışdır. Əslində isə, JN-367 KOD 40400018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı X8 yazılmış şəxs Ərizəçi2 ilə, X1 yazılmış şəxs Ərizəçi1 ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə Kərimov Ərizəçi2 və Ərizəçi1 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X50 Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarı ilə verilmiş JN-367 KOD 40400018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. X50 Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarı ilə verilmiş JN-367 KOD 40400018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1774/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1774/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver