Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1780/2020 17.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33250 olan iPhone 8+ markalı telefon üçün 302 manat əsas borc, 30 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********62422 olan Samsung Galaxy A6 markalı telefon üçün 431 manat əsas borc, 43 manat cərimə olmaqla, cəmi 806 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdirr. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx xxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********33250 olan iPhone 8+ markalı telefon üçün 302 manat əsas borc, 30 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********62422 olan Samsung Galaxy A6 markalı telefon üçün 431 manat əsas borc, 43 manat cərimə olmaqla, cəmi 806 manat borc və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etsə də, iddia ərizəni imzalamış H.İsrafilzadənin «xxxxxxxxxxx» MMC adından iddia ərizəsini imzalama səlahiyyəti olmaqla «xxxxxxxxxxx» MMC-nin Baş direktoru vəzifəsini icra etməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Belə ki, iddiaçının nizamnaməsi təqdim edilmədiyindən H.İsrafilzadənin hansı səlahiyyətlərə malik olması aydın deyildir. Ona görə də iddiaçı «xxxxxxxxxxx» MMC-nin iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1780/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1780/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver