Məhkəmə qərarları › İş №2(075)-1788/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1788/2021

22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1788/2021 22.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1988-ci il tarixli, 46 nömrəli qərarına əsasən mənə, Şabıyev (Əliyev) Atəş İsmayıl oğluna, Ərizəçi1 (X11) qızına birlikdə Şəki rayonu Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1.04 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN: 142 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adları göstərilmiş X7 mənimlə, yəni Ərizəçi2 ilə, X6 Ərizəçi1 ilə eyni şəxs olmaları hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1988-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Cunud kənd sakinlərinə 1.04 ha pay torpaq sahəsinin verilməsi barədə JN:142 saylı, kod 40409028 «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən ailələrinə Şəki rayonu Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1.04 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən kod 40409028, JN 142 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə X2, ata adı və Ərizəçi2 isə soyadı səhv yazılmışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçi Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Əlieva X13 (Əliyev) Atəş İsmayıl oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən yanlışlığın aradan qaldırılması onların həmin mülkiyyət sənədləri üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınması üçün lazımdır. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1nun tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X18 göstərdi ki, ərizəçilər onun əmi uşaqlarıdırlar. Ərizəçilərin anası X1 İsmayıl Hüseyn oğlu ilə ailə qurmuşdur. Onların Atəş və Gülüş adlı uşaqları anadan olmuşdur. Gülüş anadan olarkən Məhburə Əliyeva ilə İsmayıl Şabıyev arasında rəsmi nikan olmadığından Gülüşün soyadı “Əlieva” kimi qalmış, onlar ailə qurduqdan sonra Atəş doğulduğundan sonuncunun soyadı Şabıyev olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 digər şahid X14 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: JN:142 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Cunud kənd sakinləri X5, X11 və X12 1.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1956-cı il təvəllüdlü Ərizəçi1 anası isə X3r. Evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və X5 arasında 15 noyabr 1965-ci il tarixdə bağlanmış nikah 84 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Şabıyev, arvada Əliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi2 atası X8, anası isə X3r. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli, **********75 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Cunud kənd sakinlərinə 1.04 ha pay torpaq sahəsinin verilməsi barədə JN-142 saylı, kod 40409028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Cunud kənd sakinlərinə 1.04 ha pay torpaq sahəsinin verilməsi barədə JN-142 saylı, kod 40409028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Şabıyev (Əliyev) Atəş İsmayıl oğlu və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar