Məhkəmə qərarları › İş №2(075)-1824/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1824/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1824/2021 09.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2558 (iki min beş yüz əlli səkkiz) manat əsas borc, penya borcu üzrə 330 (üç yüz otuz) manat, cəmi 2888 (iki min səkkiz yüz səksən səkkiz) manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC məhkəməyə 09 dekabr 2021-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, 23 noyabr 2020-ci il tarixli, 10120506 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat dəyəri olan “Tufan M 50” markalı “Motosikl”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 600 manat ilkin ödəniş edərək “Motosikl”i qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1320 (bir min üç yüz iyirmi) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 1938 (bir min doqquz yüz otuz səkkiz) manat dəyəri olan “Tufan M 50” markalı “Motosikl”i nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 570 (beş yüz yetmiş) manat ilkin ödəniş edərək “Motosikl”i qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 1368 (bir min üç yüz altmış səkkiz) manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Məmmədov X1 müaviləsinə Əlavə №1-də (ödəniş cədvəli üzrə) 12 ay müddətinə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektlərini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh 23 noyabr 2020-ci il tarixli, 10120506 saylı Nisyə satış müqaviləsi üzrə 22 iyul 2021-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 1200 (bir min iki yüz) manat əsas borc, penya borcu üzrə 115 (bir yüz on beş) manat, cəmi 1315 (bir min üç yüz on beş) manat; 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı Nisyə satış müqaviləsi üzrə 22 iyul 2021-ci il tarixdə iddiaçıya iddia qaldırılan günə 1358 (bir min üç yüz əlli səkkiz) manat əsas borc, penya borcu üzrə 215 (iki yiiz on beş) manat, cəmi 1573 (bir minbeş yüz yetmiş üç) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2020-ci il tarixli, 10120506 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 1920.00 manat olan “Tufan M 50” markalı “Motosikl” əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 110.00 manat + 600 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət əşyalarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı müqaviləyə əsasən, cavabdeh satış qiyməti 1938.00 manat olan “Tufan M 50” markalı “Motosikl” əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 114.00 manat + 570 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət əşyalarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 23 noyabr 2020-ci il tarixli, 10120506 saylı və 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı müqavilələrinə əsasən, cavabdeh müvafiq olaraq satış qiyməti 1920.00 manat olan “Tufan M 50” markalı “Motosikl” əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 110.00 manat + 600 manat ilkin ödəniş) və 1938.00 manat olan “Tufan M 50” markalı “Motosikl” əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay X 114.00 manat + 570 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafikləri üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 22 iyul 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 23 noyabr 2020-ci il tarixli, 10120506 saylı müqaviləyə əsasən 1200.00 manat ödənilməmiş hissə, 115.00 manat dəbbə borcu, 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı müqaviləyə əsasən 1358.00 manat ödənilməmiş hissə, 215.00 manat dəbbə borcu, olmaqla, ümumilikdə 2888.00 manat borcu vardır. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 26 yanvar 2021-ci il tarixli, 10120617 saylı müqavilə üzrə 330.00 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 600, 386, 385.1, 442, 445.1, 445.2.1ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək 2558.00 manat ödənilməmiş hissə, 50.00 manat dəbbə olmaqla, cəmi 2608.00 manat borc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2558.00 manat ödənilməmiş hissə, 50.00 manat dəbbə olmaqla, cəmi 2608.00 manat borc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar