Məhkəmə qərarları › İş №2(075)-1827/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1827/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1827/2021 03.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “aşkar edilmiş nöqsanların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, aşkar edilmiş nöqsanların aradan qaldırılması, şəxsin adının şəxsiyyət vəsiqəsndə olduğu qaydada, yəni X3 dəyişdirilərək, X1 yazılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 03 sentyabr 2021-ci il tarixə saat 10:45-ə təyin edilmişdir. Bu gün, yəni 03 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı Ərizəçi məhkəməyə ərizə təqdim edərək, hazırda sənədləri natamam olduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı Ərizəçi ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Ərizəçi cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “aşkar edilmiş nöqsanların aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Ərizəçi yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar