Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1828/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Şək rayonu Çeşməli kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3.16 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40403018, JN-105 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə ona, yəni Ərizəçi məxsus olma hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Ərizəçi onun övladıdır. Onun üç övladı vardır: Şəhliyar, Şahin və Gülnar. Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən ona, övladı Ərizəçi və ailə üzvləri ilə birlikdə Şəki rayonu Çeşməli kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3.16 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40403018, JN-105 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlə aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə ərizəçinin adı səhvən yazılmış, yəni “Şahin” əvəzinə mexaniki olaraq səhvən “Rafiq” kimi göstərilmişdir. Onun Rafiq adında övladı olmamışdır. Onlar qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Onların yaşıdığı Şəki rayonu Çeşməli kəndində X10 adlı adam yoxdur. Sözügedən sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, uzun müddətdir ki Şəki rayonu Çeşməli kəndində yaşayır. 20 ildir Nümayəndə ilə qonşudurlar. Arifi və onun ailəsini yaxından tanıyır. Arifin Şəhriyar və Şahin adlı 2 oğlu və Gülnar adlı 1 qızı vardır. X9 adı Rafiq kimi yazılmış şəxs əslində Ərizəçi ilə eyni şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 da şahid X1 ilə eyni məzmunda ifadə verdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. İşdə olan JN-105, KOD 40403018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 nömrəli qərarına əsasən Nümayəndə, X6, X10 və X5 cizgidə göstərilən sərhəd daxilində 3,16 hektar torpaq sahəsi verilmişdir. İşdə olan XXİ-JQ 257309 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətidən görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü Ərizəçi atası Nümayəndə, anası isə X2r. İşdə olan Şəki ŞİHB-nın Çeşməli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli, 260 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Çeşməli kənd sakini Ərizəçi ailə üzvləri atası Nümayəndə, anası X6, qardaşı X7 və bacısı X3 ibarətdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-105, KOD 40403018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Nümayəndə, X6, X10 və X5 cizgidə göstərilən sərhəd daxilində 3,16 hektar torpaq sahəsi verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-105, KOD 40403018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda Ərizəçi adı Şahin əvəzinə səhvən Rafiq kimi yazılmışdır. Əslində isə, JN-105, KOD 40403018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda adı X4 yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-105, KOD 40403018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş 01.10.1998-ci il tarixli JN-105, KOD 40403018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1828/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1828/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver