Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1829/2021 21.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin həmin şəxsə məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,99 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN 391 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının, KOD 404070** JN ***H saylı və KOD 404070** JN ***F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin paya münasibətdə anası Cəlilova (Gülməmmədova) Şaziyə İdris qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarına əsasən anası X10 digər ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,99 ha pay torpaq sahəsi ayrılımışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40407018, JN 391 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bundan başqa Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarına əsasən onlara Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,06 və 0,13 ha torpaq sahələri verilmiş və buna dair müvafiq olaraq KOD 40407018, JN 330H saylı və KOD 40407018, JN 330F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında və şəhadətnamələrdə paylı mülkiyyətçilərlə bağlı qeydlərdə mərhum anasının soyadı səhv yazılmış, yəni X12 əvəzinə, mexaniki olaraq səhvən atasının soydaı X1 göstərilmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onların yaşadıqları Şəki rayonu Baş Zəyzid kəndində X6 adlı adam yoxdur. Həmin sənəddə belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. İşdə olan KOD 40407018 JN-391 seriyalı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən görünür ki, X20 Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə X3, X6, Ərizəçi və X5 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan KOD 40407018 JN-330H, nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X20 Komissiyasının 07 may 1998ci il tarixli, 49 saylı qərarı ilə X3, X6, Ərizəçi və X5 0,06 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan KOD 40407018 JN-330F, nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X20 Komissiyasının 07 may 1998ci il tarixli, 49 saylı qərarı ilə X3, X6, Ərizəçi və X5 0,13 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan 05/Q-2087/69 nömrəli doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, 04 oktyabr 1945-ci ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş X7 atası X15, anası isə X8r. İşdə olan 05/Q-824/70 nömrəli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X3 və X9 nikahı haqqında 20 aprel 1968-ci il tarixdə 13 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Gülməmmədov, arvada Cəlilova soyadı verilmişdir. İşdə olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1971-ci il təvəllüdlü Ərizəçi atası X3, anası isə X4r. İşdə olan AZ-İİ 162973 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 26 mart 2021-ci il tarixdə ağciyər-ürək çatışmamazlığının digər dəqiqləşdirilmiş formaları səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki ŞİHB-nın Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.06.2020-ci il tarixli, 404/1 nömrəli arayışdan görünür ki, X12 vəfat etdiyi günə qədər Şəki rayonu, Baş Zəyzid kəndində yaşamışdır. İşdə olan Şəki ŞİHB-nın Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 599 nömrəli arayışdan görünür ki, JN-391 KOD 40407018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı qeyd olunmuş X6, 330H KOD-40407018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı qeyd olunmuş X6 və 330F KOD-40407018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı qeyd olunmuş X6 ilə AZ-İİ 162973 nömrəli ölüm haqqında şəhadətnamədə adı qeyd olunmuş X12 eyni şəxsdir Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarına əsasən X10 digər ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,99 ha pay torpaq sahəsi ayrılımışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40407018, JN 391 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bundan başqa Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarına əsasən onlara Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,06 və 0,13 ha torpaq sahələri verilmiş və buna dair müvafiq olaraq KOD 40407018, JN 330H saylı və KOD 40407018, JN 330F saylı torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Həmçinin müəyyən olundu ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən Şəki rayonu Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,99 ha pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN 391 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında, KOD 404070** JN ***H saylı və KOD 404070** JN ***F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə X2 X1 yazılmışdır. Əslində isə, verilmiş KOD 40407018, JN 391 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında, KOD 404070** JN ***H saylı və KOD 404070** JN ***F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə adı X1 yazılmış şəxs X12 ilə eyni şəxsdir və həmin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lər payına münasibətdə X10 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X20 Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə verilmiş verilmiş KOD 40407018, JN 391 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, KOD 40407018, JN 330H saylı və KOD 40407018, JN 330F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin payına münasibətdə X10 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. X20 Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə verilmiş verilmiş KOD 40407018, JN 391 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, KOD 40407018, JN 330H saylı və KOD 40407018, JN 330F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin payına münasibətdə X10 məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1829/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1829/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver