Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1844/2021 30.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızının iştirakları ilə, Ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızının “dövlət aktının paylarına münasibətdə onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən onlara, Məmmədova (Əliyeva) Nərminə Emin qızına, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızına, Məmmədov (Əliyev) Toğrul Ədazil oğluna, Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına birlikdə Şəki rayon Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,09 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN: 143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adları göstərilmiş X8 Ərizəçi3 ilə, X9 Ərizəçi2 ilə, X14 Ərizəçi1 ilə , X10 Ərizəçi4 ilə eyni şəxs olmaları hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən onlara, Məmmədova (Əliyeva) Nərminə Emin qızına, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızına, Məmmədov (Əliyev) Toğrul Ədazil oğluna, Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına birlikdə Şəki rayon Cunud kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,09 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş kod 40409028, JN: 143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlra məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Məmmədova (Əliyeva) Nərminə Emin qızı izahat verərək göstərdi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən onlara, yəni özü- Məmmədova (Əliyeva) Nərminə Emin qızına, övladları - Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızına, Məmmədov (Əliyev) Toğrul Ədazil oğluna, Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına birlikdə cizgidə göstərilən sərhədlər daxilində 2,09 ha pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod:40409028, JN: 143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onların soyadı Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu, Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızı kimi göstərilmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bildirdi ki, onların yaşadığı Şəki rayon Cunud kəndində X18, X19, X27, X23 adlı adam yoxdur. Sözügedən dövlət aktında olan belə mexaniki yanlışlıqların olması işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızı da ərizəçi anaları Məmmədova (Əliyeva) Nərminə Emin qızı ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızının tələbi əsaslıdır. Belə ki, işdə olan JN-143, KOD 40409028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən X15, X11, X12, X28, X16 və X20 cizgidə göstərilən sərhəd daxilində 2,09 hektar torpaq sahəsi verilmişdir. İşdə olan İ-İE 767558 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1959-cu il təvəllüdlü X13 anası X1r. İşdə olan İİ-İE seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1961-ci il təvəllüdlü X8 anası X5r. İşdə olan İİİ-JQ 429050 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 ilə X18 arasında 27 aprel 1985ci il tarixdə bağlanmış nikah 23 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan XİV-JQ 387875 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 21 fevral 1989-cu il təvəllüdlü X25 atası X24, anası isə Ərizəçi3dır. İşdə olan XVİ-JQ 474340 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü X10 atası X24, anası isə Ərizəçi3dır. İşdə olan XX-JQ 358609 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1996-cı il təvəllüdlü Ərizəçi1 atası X24, anası isə Ərizəçi3dır. İşdə olan AZ-İ 663232 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 17.02.2014-cü il tarixdə miokarın kıskin infarktı səbəbi ilə Şəki rayonu, Cunud kəndində ölmüşdür. Elektron məhkəmə portalından əldə edilərək iş materialına əlavə edilmiş vətəndaş barədə məlumatdan görünür ki, xx xxx 1986-cı il təvəllüdlü Ərizəçi2 atası X24, anası isə Ərizəçi3dır. Elektron məhkəmə portalından əldə edilərək iş materialına əlavə edilmiş vətəndaş barədə məlumatdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi4 həyat yoldaşı X17, atası X24, anası isə Ərizəçi3dır. İşdə olan Şəki ŞİHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 314 saylı arayışdan görünür ki, JN-143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında vətəndaşın soyadı Ərizəçi1 X27 texniki səbəbdən səhv yazılmışdır. Hər iki ad, soyad, ata adı bir şəxsə məxsusdur. İşdə olan Şəki ŞİHB-nın Baş Layısqı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, 358 saylı arayışdan görünür ki, mərhum X24 öldükdən sonra onun varisi X6, Ərizəçi3, Ərizəçi2, X31, Ərizəçi4 və Ərizəçi1dur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən ərizəçilərə, 5 nəfər ailə üzvü olmaqla birlikdə Şəki rayonu Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,09 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN:143 KOD 40409028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN:143 KOD 40409028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi3 soyadı Əliyeva əvəzinə Məmmədova, Ərizəçi2 soyadı Məmmədova əvəzinə səhvən Əliyeva, Ərizəçi1 soyadı Məmmədov əvəzinə səhvən Əliyev, Ərizəçi4 soyadı Məmmədova əvəzinə Əliyeva kimi göstərilmişdir. Əslində isə, JN:143 KOD 40409028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X2 yazılmış şəxs Ərizəçi3 ilə, X3 yazılmış şəxs Ərizəçi2 ilə, X4 yazılmış şəxs Ərizəçi4 ilə və X7 yazılmış şəxs Ərizəçi1 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən verilmiş JN-143, KOD 40409028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızının dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən verilmiş JN-143, KOD 40409028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Məmmədova (Əliyeva) Nərminə Emin qızı, Məmmədova (Əliyeva) Fərqanə Ədazil qızı, Məmmədov (Əliyev) Toğrul Ədazil oğlu və Məmmədova (Əliyeva) Rəvanə Ədazil qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1844/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1844/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver