Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-185/2022 17.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 25.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7912,51 AZN əsas borc, 22,95 AZN faiz, 13,18 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7948,64 AZN və 99,49 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9559,29 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il noyabrın 10-dək Cavabdeh1 banka 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7912,51 AZN əsas borc, 22,95 AZN faiz, 26,36 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7961,82 AZN borcu vardır. Cavabdeh1 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 26,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 13,18 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9559,29 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Kredit müqaviləsi üzrə 7912,51 AZN əsas borc, 22,95 AZN faiz, 26,36 AZN cərimə borcu, cəmi 7961,82 AZN borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. İddiaçının xeyrinə qətnamə çıxarılmasına etiraz etməyərək qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı 25.10.2019-cu il tarixli 27-M-1-0-36-14 saylı kredit və zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 5 il müddətinə, illik 0,02% olmaqla 9599,29 manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 götürdüyü 9599,29 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşlar. İşdə olan 10 noyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış 25.10.2019-cu il tarixli müqaviləyə əsasən "Yelo Bank” ASC-yə 7912,51 manat əsas, 22,95 manat faiz, 13,18 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki Cavabdeh1 ilə "Yelo Bank” ASC arasında bağlanmış 25.10.2019-cu il tarixli 27-M-1-0-36-14 saylı Kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 959929 manat məbləğində kredit vermişdir. Cavabdeh2 ilə "Yelo Bank” ASC arasında bağlanmış 25.10.2019-cu il tarixli 27-M-1-0-36-14 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli 27-M-1-0-36-14 saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 7912,51 manat məbləğində əsas borc, 22,95 manat məbləğində faiz borcu, 13,18 manat cərimə borcu olmaqla cəmi 7948,64 manat məbləğində borc və 99,49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli 27-M-1-0-36- 14 saylı kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 7912,51 manat məbləğində əsas borc, 22,95 manat məbləğində faiz borcu, 13,18 manat cərimə borcu olmaqla cəmi 7948,64 manat məbləğində borc və 99,49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-185/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-185/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver