Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1882/2021 23.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək 19 iyun 1954-cü il tarixdə Şamxor şəhərində anadan olmuş. Şəki şəhəri, Sarabski küçəsi, ev 14 ünvanında qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, o, xx.xx.1956-cı il tarixdə Gürcüstan, Qardabani Rayonunda anadan olmuşdur. 06 may 1980-cı il tarixdə X5 ilə ailə qurmuşdur. Hal-hazırda ünvan 2 ünvanında əri ilə birlikdə yaşayır. X2 19.06.1954-cü il tarixdə anadan olmuşdur. 67 yaşlı əri özü sərbəst gəzə bilmir kənar şəxsin köməyinə ehtiyacı var. Əri İ dərəcəli əlil olmaqla sol beyin yarımkürəsinin təkrar insultunun qalığı, sağ tərəfli hemiplegiya, çanaq orqanlarının disfunksiyası, arterial hipertenziya İİİ, şəkərli diabet İİ tip diaqnozu ilə əlaqədar hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Əmək qabiliyyətsizdir və kənar şəxsin yardımına ehtiyacı var. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Bildirmişdir ki, əri halhazırda faktiki olaraq onun himayəsi və nəzarəti altında yaşayır. Ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyala keçirmək iqtidarında deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir ki, əri fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o, ərinə qəyyum təyin edilsin. Ona görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. İşdə olan 06 may 1980-cı il tarixli 371208 nömrəli X8 Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 06 may 1980-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli, 176 nömrəli rəydən görünür ki, FlZİKİ VƏZİYYƏTİ: Orta boylu, dolu bədənlidir. Dəri və görünən selikli qişaları quru və təmizdir. Nitq kontaktına daxil olmadığından şikayətlərini aşkar etmək mümkün olmur. Daxili orqanlarında kobud patologiya aşkar edilmir. A/T 160/90 mm c.s.b. Nəbzi dəqiqədə 86 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Əzələ vətər refleksləri qeyri-bərabərdir, sağ tərəfli hemiparez aşkar edilir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Ünsiyyətə daxil olmur, verilən suallara heç bir reaksiya vermir, bütün müayinə boyu bir istiqamətdə baxır. Nitq kontaktı yaratmaq mümkün olmadığından anamnestik məlumatlar həyat yoldaşı Ərizəçi toplanılmışdır. Yoxlanılan şəxs keçirilən ekpertizanm məqsədini və mahiyyəti başa düşmür, edilmiş izahatlara heç bir reaksiya vermir. Maraq dairəsi daralmışdır. Düşdüyü vəziyyətə tənqidi və məntiqi təfəkkürü zəifləmişdir. Ətrafda baş verən reaksiya vermir. İntellektində gerilik aşkar olunur, şəxsiyyəti qüsurludur. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X7 xroniki xəstəlik olan QABİQALTİ VASKULYAR DEMENSİYA (AĞİL ZƏİFLİYİ), DAVRANİŞ POZUNTUSU VƏ NİTQİN OLMAMASİ İLə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F01.2 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (TSEK-dən verilmiş 19.04.2021-ci il tarixli şəhadətləndirilmə aktı), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması, verilən suallara heç bir reaksiya verməməsi, bütün müayinə boyu bir istiqamətdə baxması, keçirilən ekpertizanm məqsədini və mahiyyəti başa düşməməsi, edilmiş izahatlara heç bir reaksiya verməməsi, maraq dairəsinin daralması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, intellektində gerilik əlamətləri və şəxsiyyət qüsuru aşkar edilməsi və s.) imkan verir. X7 xroniki xəstəlik olan QABİQALTİ VASKULYAR DEMENSİYA (AĞİL ZƏİFLİYİ), DAVRANİŞ POZUNTUSU VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F01.2 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 2014-cü ildə insult keçirərək Şəki MRX-da stasionar şəraitdə müalicədə olması, 2019-cu ildə təkrar insult keçirməklə yenidən həmin xəstəxanada stasionar şəraitdə müalicə olunmasına baxmayaraq vəziyyətinin yaxşılaşmaması və yataq xəstəsi kimi xüsusi qulluğa ehtiyacı olması2021-ci ildə TSEK tərəfindən şəhadətləndirilərək ona müddətsiz İ dərəcəli əlillik təyin olunması (TSEK-dən verilmiş 19.04.2021-ci il tarixli şəhadətləndirilmə aktı) , hazırki ekspertiza zamanı onda təfəkkür, emosiya, intellekt və davranış pozğunluqlarının aşkar edilməsi, tənqidi funksiyaların kəskin zəifləməsi (ekspertiza zamanı xarici görünüşünün səliqəsiz olması, verilən suallara heç bir reaksiya verməməsi, bütün müayinə boyu bir istiqamətdə baxması, keçirilən ekpertizanm məqsədini və mahiyyəti başa düşməməsi, edilmiş izahatlara heç bir reaksiya verməməsi, maraq dairəsinin daralması, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, intellektində gerilik əlamətləri və şəxsiyyət qüsuru aşkar edilməsi və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X14 də müvafiq rəyi vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19.06.1954-cü il tarixdə Şamxor şəhərində anadan olmuş anadan olmuş, ünvan 2 ünvanında yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 19.06.1954-cü il tarixdə Şamxor şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan şəxs, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1882/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1882/2021
23.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver